Acı Şokalad, Reallıqlar… – Rotten

Universitetdən evə tapşırıq olaraq 2 bölüm seriala baxmaq verilmişdi. Açdım birini və mövzunun şokalad olduğunu görəndə marağımı çəkdi. Mən də qərara gəldim bunu izləyərkən anladıqlarımı qeyd edib sonra bloq yazım.

Rotten adlı serialın 2-ci sezon 5-ci bölümdə Acı Şokalad adlı bir bölüm var. Bu bölüm əsasən şokaladın marketlərdəki vitrinlərə gələrkən keçdiyi bütün prosesləri göstərir. Elə bu serialın məqsədi də buradan gəlir, bütün reallıqları ilə gündəlik mənimsədiyimiz şeyləri bizə göstərir.

Anladığım qədəriylə, bizim marketlərdə aldığımız sadə bir paket şokalad əslində necə də əziyyətli proseslərdən keçir. Problem orasındadır ki, bu proseslər heç də xoş deyil.

Təsəvvür edin siz bir şirkətə 1 manatlıq iş görürsüz, o şirkət bu işə kiçik bir toxunuş edib 1.000 manata, satdığı qurum isə biraz da kiçik toxunuş edib 100.000 manata satır. İşin təməli sizindir, amma qazanan siz deyilsiz. Mənim bu filmdə gördüyüm də elə bu idi. Gəlin bu düşüncəni daha da aydınlaşdıraq:

Deməli, acı şokalad bir çox yerdə yetişsə də, bəzi şəraitlər altında qat-qat daha sürətlə yetişə bilir. Bu şəraitlərə sahib ərazilərin başında isə Afrika, daha dəqiq desək Afrikanın Qana və Fil Dişi Sahili (Ivory Coast) ölkələri gəlir. Bu ərazilərdə yetişən acı şokalad digər ərazilərə nəzərən 2 qat daha sürətlə yetişir, elə bu da bütün gözləri üzərinə çəkir.

Sizcə yaşadığınız yer bu tip təbii imkanlara sahib olarsa və sizin siyasi gücünüz olmazsa nə baş verər? Təbii ki də, biri gəlib sizdən və yerinizdən istifadə edər və sizi susdurar. Afrikada baş verən də elə budur.

Serialın bu bölümündə, şokalad sektorunda olan bir çox problemlər vurğulanır. Amma bunu sadəcə məqalə üzərində yox, elə bu işlərdə olmuş insanlardan müsahibə götürərək edirlər. Misalçün, Henk Jan Beltman – böyük bir şokalad firmasında Baş Şokolad Müfəttişi rolundadır və ya Neil Gordon – kakao sahibkarı.

Bu sektorda həqiqətən çox böyük problemlər var. Misalçün, quldarlıq. Afrikadakı insanlar dünyaya sanki bir qul kimi işləyirlər. Səhərdən axşama kimi işləsələr belə aldıqları maaş bir il ərzində təxminən 340 manatdır, yəni, günə 1 manatdan az.

Başqa bir problem, uşaq əməyidir. Araşdırmalar göstərir ki, 43-45% uşaqlarlar, yəni 1.5-1.6 milyon uşaq qanunsuz şəkildə kakao üçün işləyir.

Fərqli bir problem, pulun bölüşdürülməsidir. Yadınızdadırsa bir misal çəkmişdim. Burada da eyni o tipdir. Fermerlərin aldıqları dəyər demək olar yerlərdədir, amma şokaladı ixrac edənlər, ticarətiylə məşğul olanlar, satanlar, paylayanlar çox böyük pullar alır.

Bölümün bir hissəsində çox maraqlı bir misal çəkildi. Bu sektor sanki bir qum saatına oxşayır. Bir hissədə səhərdən axşama çalışan milyonlarca fermer durarkən, digər hissəsində milyonlarca istehlakçı (yeyənlər) durur. Amma tam ortada bu işə baxan barmaqla sayılacaq qədər olan şirkətlər. Bu şirkətlərə misal versək, Barry Callebaut, Cargill, Olam və s.

Onlar üçün tək önəmli olan, puldur. Fermerdən istehlakçıya gedən yolu onlar idarə etdiklərindən, hər iki tərəfin qiymətini də onlar bəlirləyirlər. İş orasındadır ki, fermerlərdən aldıqları üçün ucuz, istehlakçıya satdıqları üçün baha qiymət təyin edirlər.

Hətta bu şirkətlərin birində böyük bir vəzifədə işləmiş birisi də bu bölümdə yer aldı. O bu işlərin necə də çirkin olduğunu bildirir və orada tövsiyə etdiyi bəzi fikirlərə görə də peşman olduğunu deyir.

Filmi izlədikcə pulun nələrə “qadir” olduğunu anlamağa başladım. Dünyada olan bu bərabərsizlik, həqiqətən də, çox üzücüdür.

Həll

Bəs soruşsaz ki, bu problemlər necə həll edilə bilər?

Məncə bu tip problemlərin həlli sadəcə ağır cəzalardadır. Yəni, bir şirkət əməyin dəyərini vermirsə, o şirkət bacardığından daha çoxuyla cəzalandırılsa bir də etməz. Misalçün, bir şirkət 10 manata sahibdirsə, onu 1 manatla cəzalandırmaq mənasızdır. Çünki artıq bu səhvi edərək 10u qazanıbsa, 1i yenidən qazanar. Artıq onu elə bir şeylər cəzalandırmaq lazımdır ki, o ona yenidən sahib ola bilməsin, bu isə pul deyil.


Rişad İ.
Rişad İ.

Salam! Mən Rişad İbrahimov. ADA universitetində Kənd Təsərrüfatı (Agriculture Technologies) ixtisasında oxuyuram. Bu platformada ixtisasımla əlaqəli maraqlı bloqlar paylaşıram.
Xoş izləmələr!

Bloq sayı: 37
×