ADA və Bologna universiteti tədbiri

Dünən, 1 oktyabr 2025-ci il, ADA Universitetində maraqlı bir görüş keçirildi. Tədbirin məqsədi İtaliya-Azərbaycan Universitetində oxuyan tələbələrin Bologna Universitetinin rektoru Professor Giovanni Molari, prorektoru Raffaella Campaner və ADA-dakı dekan Dr. Matteo Vittuari ilə tanış olması idi.
Görüş zamanı rektor tələbələrə Bologna Universitetində təhsil almaq imkanları və yeni açılan fakültələrin əhəmiyyəti barədə danışdılar.
Söhbət əsasən Bologna Universiteti haqqında idi. Ən köhnə universitetlərdən biri olması, 5 fərqli şəhərdə korpuslarının yerləşməsi, hətta universitetin həmin şəhərin özündən əvvəl tikilməsi, 140dan çox ölkədən tələbələrin oxuması və bir çox məlumat verildi.
Tələbələrin suallarına gəldikdə isə, maraqlı səslənən bir sual oldu. Bir tələbə, “Bologna Universitetində bizə yataqxana veriləcəkmi?” soruşdu. Sualın cavabında isə, Rektor Giovanni Molari İtalyada olan böyük problemlərindən birinin yataqxana olduğunu və bunu düzəltmək üçün üzərində işlədiklərini qeyd etdi.
Mənim sualım isə, aralarda ən maraqlılardan biri oldu. Düzü, heç özüm də gözləmirdim belə bəyəniləcəyini. Sualım təcrübə ilə bağlı idi və çoxdandı soruşmaq istəyirdim. Bildiyimiz kimi bu universitet ilə əlaqədə olan 2 fakültə var (Kənd Təsərrüfatı və Dizayn). Mənim fakültəm isə Kənd Təsərrüfatıdır.
Tədbirin bir çox yerlərində Bologna Universitetində, hətta yeni açılan ADA universitetinin binalarında çoxlu laboratoriyaların olacağını qeyd etdilər. Mənim sualım isə, “Bu laboratoriyalarda öyrənmək çox gözəldir. Bəs, həqiqi təcrübələr üçün fermalarda və ya sahələrdə işləyəcəyib, nəsə öyrənəcəyikmi? Yoxsa ancaq laboratoriyalara bağlı qalacayıq?” idi. Həm maraqlı, həm də ciddi bir sual oldu.
Sualıma cavab olaraq, Dr. Matteo Vittuari: “Əmin ol, laboratoriyaya bağlı qalmayacaqsınız.” dedi.



