Ağıllı Kənd Təsərrüfatında Suyun Rolu — Climate-Smart Agriculture

Son on ildə təmiz su istifadəsi ildə 3 999 km³ olub — bu da təxminən 1 trilyon qalon deməkdir! Təsəvvür edə bilirsiz? İnsanlar hər il 1 trilyon qalon təmiz su istifadə ediblər. Maraqlı hissəsi odur ki, bu suyun ən böyük hissəsi — təxminən 69%-i — kənd təsərrüfatında istifadə olunur. Təmiz su təminatı ekosistemin ən vacib xidmətlərindən biridir. Bu bloqda isə bu qədər suyun hara getdiyinə və kənd təsərrüfatında suyun istifadəsini necə azalda biləcəyimizə baxaq.

Kənd təsərrüfatında suyun 88%-i yem istehsalına (bitkilərin yetişdirilməsinə), 11%-i heyvanların içməsinə, 1%-i isə xidmətlərə (təmizləmə, heyvanların sərinləşdirilməsi və s.) sərf olunur. Toplamda, kənd təsərrüfatı təkcə dünyanın bütün təmiz su ehtiyatlarının təxminən 70%-ni istifadə edir və bu da onu ən böyük su istehlakçısına çevirir.

Suyun Heyvandarlıqda Önəmi

Heyvansal qidaların istehsalı da çoxlu su tələb edir. Məsələn, 1 kiloqram mal ətinin istehsalı üçün ümumilikdə təxminən 15 000 litr su sərf olunur (yağış suları, yeraltı və yerüstü sular daxil olmaqla). Amma bunun yalnız 500–700 litri təmiz sudur. Qalan hissə əsasən yem bitkilərinin yetişdirilməsində istifadə olunan yağış suyudur.

Toyuq əti üçün təxminən 4 000 litr, süd üçün 1 000 litr, yumurta üçün isə təxminən 3 300 litr su lazım olur. Bu rəqəmlər gündəlik qidalarımızın arxasında nə qədər su sərf olunduğunu göstərir — halbuki biz bunun haqqında demək olar ki, heç düşünmürük.

Necə Azalda Bilərik?

Bunu azaltmaq üçün bir çox fermerlər ağıllı texnologiyalardan istifadə etməyə başlayıblar. Məsələn, damcı suvarma sistemi — bu üsulda su yalnız bitkinin köklərinə verilir (aşağıdakı şəkildə göstərildiyi kimi). Bu metod su istifadəsini təxminən 50% azalda bilər.


Digər bir üsul isə günəş enerjisi ilə işləyən quyuların (borehole) heyvanlara təmiz su təmin etməsidir. Bu üsul çox səmərəlidir, amma anlamaq biraz qəlizdir. İlk olaraq, aşağıdakı şəkildə gördüyünüz kimi, günəş panelləri var. Bu panellər günəşdən enerji toplayır. Bu enerji ilə yeraltı suları nasoslayaraq su anbarına qaldırır. Amma bu anbarlar şəkildəki kimi balaca olmur, əksinə böyük olur.


Bu metodlar ağıllı və səmərəli idi, amma başqa bir metod da var ki, biraz daha kirli yollarladı. Bu metodun adı “bioqaz şlamının (biogas slurry) yenidən istifadəsi”dir.

Fermalarda heyvanlar sidik ifraz edir, nəcislərini buraxır və yuyulur. Bütün bunlar birlikdə gübrə, sidik və yuyucu suların qarışığını yaradır — yəni əsasən çirkli tullantı. Fermerlər bu qarışığı tullamaq əvəzinə, onu bioqaz çəninə (böyük, qapalı tanka) yığırlar. Tank hava keçirməz şəkildə bağlanır, yəni oksigen daxil ola bilmir. Bu şəraitdə bakteriyalar tullantını parçalayaraq bioqaz adlı qaz əmələ gətirir. Qaz çənin yuxarı hissəsində toplanır və enerji kimi istifadə olunur. Amma bizim üçün maraqlı olan hissə qaz deyil — çənin dibində qalan bioqaz şlamıdır. Bu, qida maddələri ilə zəngin maye qarışıqdır. Fermerlər bu mayeni bitkiləri suvarmaq və torpağı gübrələmək üçün istifadə edirlər.

Bu üsul həm tullantının faydalı istifadəsini təmin edir, həm də suya və kimyəvi gübrələrə qənaət etməyə kömək edir.

Həqiqətən çox qəribə səslənir, amma işə yarayır.

Su İdarə Edilməsində Texnologiya

Texnologiya həmçinin su idarəçiliyini daha ağıllı hala gətirir. Fermerlər indi IoT əsaslı su anbarı sensorlarından istifadə edirlər. Bu sensorlar su səviyyəsini yoxlayır, problemləri avtomatik tapır edir və problemi görən kimi fermerə məlumat göndərir. Bəzi fermerlər isə su izi (water footprint) kalkulyatorlarından istifadə edərək hər fəaliyyətin və ya məhsulun nə qədər su sərf etdiyini dəqiq müəyyənləşdirirlər. (misalçün, əvvəl dediyim kimi — 1 kiloqram mal əti üçün təxminən 15 000 litr su tələb olunur. Bu alətlər də belə hesablamaları aparmağa kömək edir.)

Bu yeniliklər fermerlərə məlumat əsasında qərarlar verməyə və hər damcı sudan səmərəli istifadə etməyə imkan yaradır.


Belə. Əlimdən gəldiyi qədər İqlimə Uyğun Kənd Təsərrüfatını (Climate-Smart Agriculture) və Su İdarəçiliyini izah etməyə çalışdım. Qeyd edim ki, mən də bu məlumatları yazaraq öyrənirəm…


Rişad İ.
Rişad İ.

Salam! Mən Rişad İbrahimov. ADA universitetində Kənd Təsərrüfatı (Agriculture Technologies) ixtisasında oxuyuram. Bu platformada ixtisasımla əlaqəli maraqlı bloqlar paylaşıram.
Xoş izləmələr!

Bloq sayı: 26
×