Avropanın Asiyadan Donmuş Ət Almasının Yaratdığı Problemlər

Təsəvvür edin ki, Avropanın hansısa bir ölkəsində bir çox mağazalarınız var və ət satışı ilə məşğulsuz. Bir də görürsiz ki, dövlətin mağazalarında ət sizdən ucuz satıldığı üçün, insanlar sizdən yox, ordan alırlar. Bir müddət sonra da ölkənizdə qəssablıq və fermerlik adlanan vəzifələr qalmır.
1990cı illərin sonlarında Texnologiyaların inkişafı artıq xaricdən idxal və ixracı çox böyük bir şəkildə asanlaşdırmışdı. Bu asanlıqdan istifadə edənlərdən biri də Avropa olur. Deməli 1990cı illərin sonlarında, Avropa Asiyadan donmuş ət almağa başlayır.
Avropanın bu donmuş ətləri almağında bir neçə səbəb var idi. Onlar qiymətin ucuzluğu, ət donmuş olduğu üçün saxlanmasının asan olması, daha çox ətə əlçatanlıq, qiyməti dövlətin idarə etməsi və digər üstünlüklərə görə bunu edirdilər. Avropaya daha çox Hindistan, Tayland və Çindən ət idxal edilirdi və günümüzə qədər hələ də edilir.
Amma bilmək lazımdır ki, bu idxallar çox böyük problemlərə gəlib çıxdı. Onlardan aşağıdakıları qeyd etmək olar.
Yerli fermerlərin pul itirməsi
Bildiyimiz kimi, yerli fermerlər dövlətlə mübarizə edə bilməz. Dövlət daha ucuz satdısa, iş bitdi. Bu Avropada fermerlərin inkişafını çox böyük bir şəkildə zəiflətdi.

Yerli ət istehsalı azalır
Əgər ət başqa yerdən gəlirsə, deməli yerli brendlər artıq ət istehsal etməyəcək. Çünki edib sata bilməyəcəklər. İnsanların böyük əksəriyyəti daha ucuz olan, dövlətin gətirdiyi ətdən istifadə etməyə başladılar.

Qida sistemi idxaldan daha çox asılı hala gəlir
Dedik ki, Avropa Asiyadan ət gətirdiyi üçün fermerlərini itirdi. Bəs sonra? Ya Asiya bir müddət sonra ət satmasa? Belə halda isə, Avropadan fermerliyi yenidən inkişaf etdirmək məcburiyyətinə gəlir. Bu da göstərir ki, Avropadan idxaldan asılı hala gəlir.

Ətraf mühitə təsir
Bu proses ətraf mühitə böyük təsirlər göstərir. Onlarla, yüzlərlə nəqliyyatdan istifadə, onların qazı, onların ətrafa verdiyi problemləri, paketlənmədə istifadə olunan avadanlıqlar və digər ətraf mühitə zərər verəcək məhsullar daxildir. Bunlar hərbiri özü özlüyündə böyük problemlərdir.

Keyfiyyət və etibar məsələləri
Dediyimiz kimi, ət Asiyadan Avropaya gəlir. Yəni bu iki qitə arasında çox böyük bir mədəniyyət, ətraf mühit, yaşayış tərzi və digər fərqlər var. Bu fərqlər ətin keyfiyyətinə, qablaşdırma prosesinə və göndərilməsinə təsir edə bilər.

Nəticə
Bəli, gördüyünüz kimi Avropanın sadəcə bir qərarı Avropa ölkələrinə çox böyük bir şəkildə təsir göstərib. Yenə də bu həm yaxşı, həm də pis bir seçim olduğunu deyə bilərik. Sağolun!
