Bakteriyalar – Kənd Təsərrüfatında – Nədir, Rolu və Zərərləri

Bakteriyalar dünyanın hər yerində olan, gözlə görülməyəcək qədər kiçik, tək hüceyrəli yaşayan varlıqdır və mikroorqanizmlərin əsas növlərindən biridir. Bakteriyaların milyonlarla, hətta milyarda yaxın növü var.
Torpaq müxtəlif mikroorqanizmlər üçün əlverişli bir mühitdir. Bu mikroorqanizmlərə bakteriyalar, viruslar, göbələklər və digər mikroblar daxildir. Bu mikroblara torpaqda sıx rast gəlmək mümkündür. Hətta deyilənə görə hər bir qram torpaqda 100 milyonlarla mikroorqanism yaşayır. Amma bu mikroblardan ən məhşurları bakteriya və göbələkdir (fungi). Torpaqdakı bütün bu mikroorqanizmlər daim dəyişən şərait yaratmaq üçün bir-biri ilə qarşılıqlı təsir göstərir.
Kənd təsərrüfatında mikrobiologiya elmi sayəsində son 100 illikdə məhsulların keyfiyyəti və kəmiyyəti pozitiv yöndən inkişaf edib. Aqronomlar artıq daha kiçik ərazilərdə daha çox məhsul yetişdirə bilirlər.

Bakteriya Rolu
Bakteriyaların torpaqda bir neçə rolu var və bunlar olmadan torpaq inkişaf edə bilməz, qida maddəsini (nutrientini) itirər və bitkilər yetişməzlər. Bunlardan bəziləri:
Çürümə və Parçalanma
Bu torpaqda olan bakteriyaların üzvi maddələri çürütməsi və parçalaması, bundan sonra da onları qida maddəsinə (nutrientə) çevirib torpağa qatmasıdır. Bəzi bakteriyalar torpaqda olan zərərli maddələri mənimsəyib, onları xeyirli (bəzən elə zərərli) bir şəkildə torpağa geri qaytarır.
Bunlara veriləcək ən böyük misal, heyvan ölüləridir. Saprofit (saprophytic) bakteriyalar ölü heyvanları parçalayaraq onlarda olan oksigeni, fosforu, hidrogeni və kükürdü torpağa ötürür. Bu sayədə də torpaq bir növ yenilənir.

Torpağın Məhsuldarlığı
Bildiyimiz kimi torpaq sudan və qida maddələrindən (nutrient) asılıdır. Amma təbii ki də, biz məhsullar yetişdirdikcə torpaq özündə olan bu maddələri və suyu itirir.
Elə başqa növ bakteriyalar da mürəkkəb üzvi maddələri sadə hallara gətirərək torpağa qida maddəsi olaraq ötürür. Həmçinin nəmliliyini də artırır.

Azotun (nitrogen) Emalı
Atmosferin təxminən 78%’ini azot təşkil edir. Amma bitkilər elementar formada olanda azotdan istifadə edə bilmirlər, onun yerinə nitratlar, nitritlər və ammonyak qəbul edə bilirlər.
Bu bakteriyalar (Ammonifikator, Nitrit, Nitrat bakteriyaları) isə həmin azotu bitkilərə lazım olan maddələrə çevirir. Bu bakteriyalar təbiətdə azotun davamlı dövranını təmin edir. Bu bakteriyaların fəaliyyəti nəticəsində azotun keçdiyi bir sıra dəyişikliklər azot dövrünü təşkil edir. 2 növ azot dövrü var:
- Yaşayan (simbiotik olmayan)
- Yaşamayan (simbiotik olan)
Simbiotik – bitkilərlə əlaqədə olması

Bəzi bakteriya növləri və faydaları:
| Bakteriyanın adı | Yaşadığı mühit | Yaşama forması |
|---|---|---|
| Rhizobium leguminosarum (Rhizobiaceae) |
Paxlalı bitkilərin kök düyünləri | Simbioz |
| Bradyrhizobium japonicum | Paxlalı bitkilərin (soya) kök düyünləri | Simbioz |
| Frankia spp. | Casuarina, Alnus və s. bitkilərin düyünləri | Simbioz |
| Azotobacter agilis | Aerob və torpaqda yaşayan | Sərbəst yaşayan |
| Clostridium pneumoniae | Anaerob və torpaqda yaşayan | Sərbəst yaşayan |
Paxlalılar 12 növ yüksək zülallı, fərqli vitaminli məhsullardır. Bura quru lobya, mərcimək, quru noxud, noxud və sairə daxildir.
Qeyd edək ki, hər nə qədər bu bakteriyalar torpağa faydası olsa da, bəzi bakteriyalar da torpağa zərər verə bilər. Misalçün:
- Agrobacterium tumefaciens – Tac öd xəstəliyinə (köklərdə və gövdələrdə şişəbənzər böyümələr) səbəb olur.
- Ralstonia solanacearum – Bakterial solmaya səbəb olur, bitkilər qəfil solur və ölür.
- Xanthomonas species – Yarpaq ləkələrinə, çürüməyə və məhsuldarlığın azalmasına səbəb olur.
Vəə bundan başqa növbənöv bakteriyalar.
Qeyd edim ki, bakteriyalar vasitəsi ilə (yəni onları idarə edərək) süni məhsullar yetişdirmək də mümkündür, amma bunlar orqanik olaraq sayılmır. Onlar haqqında da başqa bir bloqda danışa bilərik.
Nəticə
Nəticədə bildik ki, bakteriyalar gözlə görülməyəcək qədər kiçik, həryerdə və milyonlarla çeşiddə olan, həm faydalı, həm də zərərli yaşayan varlıqlardır. Sağolun!
