Biomüxtəliflik nədir? – Sadə izahı

Əslində, bu bloqum əvvəlkini yazdığımın davamıdır. Həmin dərsdə həm torpaq və eroziyası, həm də biomüxtəliflik haqqında öyrənmişdik. Qarışıqlıq olmasın deyə hər birini ayrı-ayrı yazıram 🙂
Ümumiyyətcə, biomüxtəliflik nədir? Sadə dillə desək bu Yer üzərində yerləşən canlıların müxtəlifliyidi. Məsələn, bütün bitkilər, heycanlar, mikroorqanizmlər və onların yaşadığı ekosistemlər buna daxildir. Hətta, biz insanlar belə.

Biomüxtəliflik təbəqələri
Bu əsasən 3 təbəqədən ibarətdir: ekosistem, növ və genetik müxtəliflik.

Gəlin hər birinin nə olduğunu izah edim. Amma narahat olmayın, elə də çətin deyil. Sadəcə biraz məntiqi baxış açısıyla baxsaz, çox rahat anlaşılar.
Genetik müxtəliflik
Bu təbəqə bir növ canlının daxilində olan fərqliliyi ifadə edir. Hər bir bitkinin, heyvanın və ya orqanizmin bir-birindən az da olsa fərqlənən genləri var və elə bu genlər onları bir birindən fərqləndirir.
Misalçün:
Alma – bir çox növü var: yaşıl, qırmızı, sarı. Hər biri alma növündəndir, amma fərqli genləri var.
İnsanlar – hər birimiz insan növündənik, amma bir birimizdən fərqləndirən rənglərimiz, quruluşumuz, görünüşümüz var.
Ayı – bildiyimiz kimi ayının da çoxlu çeşidləri var. Hər biri fərqli genə sahibdir.
Növ müxtəliflik
Genetik müxtəlikliyi anladızsa, bu çox daha asandır. Misalçün, almanın genləri var, amma almanın özü meyvələrin bir növüdür. Və ya çoxlu ayı genləri var, amma ayının özü heyvanların bir növüdür.
Fərqli bir misal o olardı ki, bir çox fərqli növdən heyvan olan bir meşənin biomüxtəlifliyi daha az növ heyvanı olan meşədən daha çox olar.
Ekosistem müxtəliflik
Bu isə, biomüxtəlifliyin ən üst təbəqəsidir. Misalçün, meşələr, okeanlar, fermalar və s.
Elə Azərbaycanın özünün səhraları, dağları, və Xəzər Dənizi var. Bunların hər biri bir ekosistemdir.

Biomüxtəlifliyin qorunması
Aha! Əgər biomüxtəlifliyin nə olduğunu anladıqsa, bilirik ki, biz bunu qorumalıyıq. Çünki müxtəlif resurslara görə biomüxtəliflik getdikcə azalır.
Biz bunu 2 fərqli şəkildə qoruya bilərik: in-situ qoruma, ex-situ qoruma.

In-situ qoruma: Bu yolla, canlıları olduqları təbiətdə qoruyurlar. Yəni, harada yaşayırsa, elə orada qorumaq. Məsələn, milli parklar, qorunan meşələr, dəniz qoruqları və s.
Ex-situ qoruma: Əslində, bu üsul da canlıların qorunması üçündür, amma olduqları yerdən kənarda. Əgər heyvan və ya bitki növlərinin təbiətdə yaşamağı təhlükələşirsə, onları qorumaq və çoxaltmaq üçün təhlükəsiz, nəzarətli bir yerə köçürürlər. Məsələn, zooparklar, botanika bağları, akvariumlar və s.
‘Ağıllı texnologiya’nı biomüxtəlifliyə necə tətbiq edək?
Bunun üçün , texnologiyanın biologik müxtəlifliyi qorumaqda istifadə olunduğuna ən yaxşı nümunələrdən biri Svalbard Qlobal Toxum Anbarıdır. Bu yer Norveçdəki bir adada yerləşir və “Qiyamət Günü Anbarı” kimi də tanınır. Burada dünyanın müxtəlif ölkələrindən gətirilmiş bir milyondan çox toxum nümunəsi saxlanılır. Məqsəd — iqlim dəyişikliyi, müharibə və ya təbii fəlakət halında bitki növlərinin məhv olmasının qarşısını almaqdır.
Bunun çox maraqlı bir nümunəsi Svalbard Qlobal Toxum Anbarıdır (Svalbard Global Seed Vault). Bu yer Norveçdəki bir adada yerləşir. Burada dünyanın müxtəlif ölkələrindən gətirilmiş bir milyondan çox toxum nümunəsi saxlanılır. Məqsəd isə iqlim dəyişikliyi, müharibə və ya təbii fəlakət halında bitki növlərinin məhv olmasının qarşısını almaqdır. Yəni, nəsə olsa ‘zapazda’ toxum olsun))
Amma bu sadəcə bir anbar deyil. Bu yer yüksək texnologiyalarla idarə olunan iqlimə nəzarət mərkəzidir. Burada ağıllı sensorlar və rəqəmsal izləmə sistemləri vasitəsilə temperatur -18°C səviyyəsində sabit saxlanılır — çöldə nə baş olursa, olsun.
Son
Məncə, əsas ideya aydın oldu. Qısaca desək, biomüxtəliflik Yer üzündə həyatın müxtəlifliyi və tarazlığıdır, yəni hər bir ekosistemin əsasıdır.
Sağolun!
