Data ilə Ferma İdarə Edilməsi – Kənd Təsərrüfatı Texnologiyaları

Dataların yığılması kənd təsərrüfatında çox önəmli və faydalı prosesdir. Əsasən, fermerlikdə bunun istifadəsi işlərin çox daha keyfiyyətli getməsinə kömək edir. Bu bloqda fermerçiliyin 4 əsas bölməsində datalarla işləyərək nələr əldə edilə biləcəyinə toxunacağıq.
1. Quşçuluq (toyuq, ördək və s. saxlamaq)

Quşçuluqda data yığaraq həm məhsuldarlığı artırmaq, həm də ətraf mühiti qorumaq mümkündür
Yem Səmərəliliyi və Qidalanma İdarəetməsi
Bu tip proseslərdə yığılan datadan – çəki artımı, yem qəbulu, böyümə sürəti – istifadə edərək yemdən istifadə səmərəliliyini artırmaq olur (FCR). Nəticədə həm xərclər azalır, həm də quşlar daha sağlam inkişaf edir.
Təbii ki də, misal vermədən keçmək olmaz. Bir fermer quşların yuxarıda dediyimiz datalarını yığır. Sonra görür ki, qrup 1 də olan quşlar daha çox yemək yeyir amma daha az kökəlir. Bu sayədə fermer anlaya bilər ki, ya verdiyi yemlərin dəyərləri zəifdir, ya da quşlarda hər hansısa problem var.
Ətraf Mühit Monitorinqi
Sensorlar ilə ətraf mühitin temperaturunu, rütubətini, CO₂ miqdarı kimi məlumatları toplaya bilir. Amma bu nəyə lazımdır?
Quşlar çox həssas heyvanlardır. Əsasən də, toyuqlar. Əgər hava biraz çox istiləşsə, toyuqlar arasında inkişaf zəifliyi, xəstəlik, stress yayıla bilər.
Ona görə də sensorlar datalar verərək həmişə anlıq fermanın dərəcələrini göndərir (amma tək temperatur düşünməyin, burada başqa bir çox amillər də var). Əgər bir problem yaşansa, digər texnologiyalarla həmin andaca həll etmək olur.
Xəstəliklərin Aşkarlanması və Sağlamlığın İzlənməsi
Sensorlar, kameralar və geyinilə bilən alətlərdən istifadə edərək quşların yeriməsinə, içməsinə və yeməsinə baxıb, xəstəlik olub olmadığını aşkarlamaq olur.
Misalçün, datalar göstərir ki, bir qrup ördəklər yeməyi az yeyir və yavaş yeriyirlər. Bu məlumat fermerə çatan kimi, fermer həmin ördəklərin xəstəliyini aşkar edir. Bu sayədə həmin xəstəlik bütün fermaya keçmədən tapılır.
Yəqin ki, datanın önəmini artıq anladınız. Ona görə də artıq qısa örnəklərlə keçə bilərik.
Yumurta İstehsalı və Keyfiyyətə Nəzarət
Misalçün, əgər bir qrup toyuqlar az yumurta verirsə, ya xəstəliyə tutulublar (dataya əsasən), ya da artıq qocalıq yaşlarına çatırlar.
Bu sayədə, həmin toyuqları artıq kəsimə göndərib, onlar üçün ayrılmış məkana yeni toyuqlar yerləşdirilə bilər.
Əmək və Resursların İdarə Edilməsi
Qısaca, datalarla insan əməyinin, texnologiyanın, enerjinin ən çox nə üçün istifadə olunduğuna baxıb, o sahəni daha da gücləndirmək olar.
Bazar İdarəsi və Satış
Məncə ən yararlı hissələrdən biri budur. Deməli, bir ferma aylıq X qədər yumurta verməlidirsə, həmin ferma datalarla X dan 10% daha çox məhsul saxlayaraq, ani ehtiyacları qarşılaya bilər. Yəni, əlindəki məhsulun nə qədər olması fermerin öz qərarıyladır.
Quşçuluq barədə həqiqətən çox danışdıq. İndi də keçək daha maraqlı və daha çox qazandıran mövzuya.
2. Südçülükdə Data

Dataların südçülükdə də istifadəsi bir çox cəhətdən yararlıdır.
İnəklərin yediyinə, içdiyinə, qaz çıxartmasına baxaraq, onları normallaşdırıb, daha yaxşı süd əldə etmək olar.
Təbii ki də, inəklərdə də datanın istifadəsi bir növ quşlar kimidir. Ona görə də, yenidən hər birini izah etmək yerinə, qısa nümunələr verəcəm.
Qidalanma
Misalçün, datadan istifadə edərək görsək ki, bir inək çox yeyir, amma daha az süd verir, bilərik ki, nəsə problem var. Yenidən datadan istifadə edərək görə bilərik ki, bu inəyin hansısa bir xəstəliyi var, ya artıq qocadır, və s.
Temperatur
Həmçinin, inəklərdə temperatur quşlardan daha önəmlidir. Bundan əvvəli bloqumda qeyd etmişdim ki, Kənd Təsərrüfatında suyun 1% faizi xidmətlərə gedir. Elə onların içində də ən əsası inəklərin soyudulmasıdır.
Datadan istifadə edərək öyrənə bilərik ki, hansı inəyin isinməsi var. Amma tək bu da deyil, əgər bir inək normasındadırsa, elə bunu da datalarla bilmək çox işə yarayır.
Hətta, datalar sayəsində öyrənə bilərik ki, əlimizdə olan sort inəklər hansı istilikdə olanda daha çox süd verir. Bu sayədə inəkləri o temperaturda saxlayıb daha çox süd əldə etmək olar.
Əmək və Resurslar
Eynilə quşlardakı kimi, inəklərdə də datalarla izləmək olar ki, hər bir işə nə qədər var ayrılır. Bu sayədə də, həmin işləri daha səmərəliləşdirmək olar.
Son olaraq da, məncə ən əsaslarından biri, datalarla baxaraq hansı inəklərin artıq südü zəif verdiyini tapmaq və onları kəsim prosesinə göndərməkdir. Düşünün, böyük bir fermada fermerlər bir-bir inəkləri yoxlasalar, həm alacaqları məlumat zəif olacaq, həm də çox vaxt itirəcəklər. Amma datalar ilə bu məlumatları almaq çox daha asandır.
Bəs dataları necə yığmaq olur?
Aha, bu qədər şey danışdıq. Bəs bu dataları necə yığırıq? Deməli, dataları yığmağın çox yolu var. Misalçün, yem idarə edilməsindən danışdıq. İnəklərdə qulaqlarına taxılan bəzi sensorlar var, bu sensorlar sayəsində harada olduğu, nə qədər yeridiyi, yem sahəsində nə qədər vaxt keçirdiyi və s. öyrənilir.
İnəklərin çəkilərini izləmək üçün də bir neçə üsul var. Məsələn, onlar yemlənmə zonasına gedərkən keçid yolunda yerləşən avtomatik çəki ölçən platformanın üzərindən keçir və bu aparat onların çəkisini qeyd edərək hər inəyin nömrəsinə əlavə edir.
Quşların xəstəliyini ölçməyində yolları var. Dediyim kimi, quşlar arasında xəstəlik tez yayılır. Onlar üçün olan ərazilərdə kameralar olur, tez-tez bu kameralar görüntülər alaraq süni intellektlə bölüşür. Əgər bir qrup və ya bir neçə quşun yeriməyində, yeməyində və ya səsində problem varsa, bu məlumat sayəsində fermerlər xəstəlik tam yayılmadan qarşısını alır. Diqqət etdizsə, səsini belə dedim. Çünki əgər bir qrup toyuqda səs problemi varsa (nəfəs alarkən və ya səs çıxararkən), bu məlumat da qabaqcadan yararlı olur.
Nəticə
Dataları tək südçülükdə və quşçuluqda deyil, bütün kənd təsərrüfatı sahələrində istifadə etmək olar. Misalçün, məhsul yetişdirərkən hər bir zonanın nə yerdə olduğu, xəstəlikləri, sağlamlıq dərəcələri, yetişmə sürəti, nə zaman biçilməli olduğu və s. kimi aspektlər üçün istifadə etmək olar.
Sağolun!
