FAO – Dünyanın Problemini Həll Etməyə Çalışan Təşkilat

İnsanlıq həmişə cəmiyyətlər şəklində yaşayıb. Kimisi varlı, kimisi kasıb. Kimisi tox, kimisi isə ac… Amma hər nə olsa da, insanlığın həmişə qidaya ehtiyacı olub.

Bu bloqu oxuyursuzsa, çox güman ki, kifayət qədər qidaya, nə vaxt istəsəniz, əlçatanlığınız var. Bunun səbəbi də ölkəmizdə olan iqtisadiyyatın, işçi qüvvəsinin və resursların olmasıdır. Yəni, marketlərdə növbənöv qida ehtiyatından yararlana bilirik. Heçvaxt təsəvvür etməmişik ki, marketlərə gedib, heçnə görməyək.

Yaxşı bəs bizim və bizim kimi 100ə yaxın ölkənin belə bir imkanı varsa, niyə dünyada təxmini 750 milyon insan aclıqdan əziyyət çəkir? (bu say, insanlığın təxmini 10%dir)

Əslində bunun cavabını 2 fərqli perspektivdən vermək olar; birində reallıqdan danışaraq (çox varlı və çox kasıbın arasındakı boşluğun böyüklüyü), digərin də isə reallığı qəbul edib, həll yolu axtararaq. Bizim bu bloqda danışacağımız perspektiv, ikincidir. Dünyada bunun üçün çabalayan bir təşkilat var: FAO, yəni Birləşmiş Millətlərin (BMT) Qida və Kənd Təsərrüfatı Təşkilatı.

FAO nədir/kimlərdir?

Qida və Kənd Təsərrüfatı Təşkilatı (FAO), aclıqla mübarizə aparmaq üçün beynəlxalq səylərə rəhbərlik edən Birləşmiş Millətlər Təşkilatının ixtisaslaşmış bir qurumudur.

Bu FAOnun öz tərifidir. Onlar haqqında araşdırarkən rastlaşdıqlarıma əsasən deyə bilərəm ki, FAOnun rolu dünyada yaranan ani fəlakətlərdə qida təmin etmək, aclığa son verməyi istəmək, yeniliklər kəşf etmək və bayram günləri qeyd etməkdən ibarətdir.

Aşağıda FAOnun öz mənbələrinə əsasən əldə etdikləri uğurları kateqoriyalar halında qeyd etdim:


FAO, 1945ci ilin fevral ayında Kanadanın Kvebek şəhərində (Quebec City) qurulub. Bu təşkilatın ilk başlardakı tapşırıqlarından biri qidanın verdiyi nutrienti (qida maddəsini) anlamaq idi. FAO’nun məqsədi dünyada qida təhlükəsizliyini qoruyaraq aclığa son verməkdir və hələ də bunun üçün mübarizə aparırlar.

Böyük aclıq zamanı edilənlər

FAO dünya da böyük fəlakətlər zamanı bir çox uğurlara imza atıb. Onlardan aşağıdakıları qeyd edə bilərik:

1972də Sahel bölgəsində (Afrikanın bir bölgəsidir) böyük quruluqlar baş verir və bu böyük problemlərə yol açır. FAO yerindəcə həmin bölgəyə 20.000 ton dənli bitkilər və qoruyucu qidalar göndərir. 3 il ərzində isə təxmini bir milyon yarım (1.5m) taxıl göndərilir.

1987, Çernobıl fəlakəti. Qida təhlükəsizliyində və ehtiyatında ciddi pozuntular yaranır. Bu zaman iş FAO’ya düşür və FAO hökümətlərə qida təhlükəsizliyini tənzimləmək üçün bir qərar qəbulunu məsləhət verməlidir. FAO isə təhlükəyə düşmə ehtimalı olan məhsulların doğru şəkildə ticarəti fikrini irəli sürür.

Çernobıl fəlakəti Ukraynada sınaq zamanı bir reaktorun partlamasıyla baş verib. Bu partlamayla da radiaktiv buludlar əmələ gəlib və ətraf ölkələrə yayılıb. Qeyd edim ki, bu buludlar zərərli radiasiya daşıyırdı.

2010cu ildə Pakistanda böyük problemlər yaşanır və FAO’dan qida paylanması tələb olunur. FAO yarım milyon əkinçi ailəsinə buğda toxumları yollayır. Bundan əlavə də 235 min ailəyə qida və dərman (heyvanlar üçün də) təyin edir.

2011ci ildə FAO və OIE, yayılmış və böyük bir mal-qara xəstəliyi olan Rinderpest’in kökünün kəsildiyini elan edir. Bu onların illərlə araşdırmaları sayəsində olduğunu qeyd edirlər.

2020də FAO, pandemiya dövründə hamını qida ilə təmin etmək üçün 1,3 milyard dollar vəsait tələb edən COVID-19’a qarşı Mübarizə və Bərpa Proqramını hazırlayır.

Ümumdünya Qida Sorğuları

FAO, hər biri arasında uzun illər olan, Qida Sorğuları keçirir. Bu sorğularda dünya dövlətləri iştirak edir və bir növ son vəziyyəti qeyd edirlər.

I Sorğu, 1946. Bu sorğunun nəticələrində aclığın geniş yayıldığını və qida çatışmazlığının mühim olduğu məlum olur.

II Sorğu, 1952. Bu səfər də insan başına düşən gündəlik kalorinin böyük bir şəkildə azaldığı məlum olur. Bundan əlavə də, normadan daha çox qida və normadan daha az qida istifadə edən ölkələrin arasındakı fərq çox artmaqdadır.

III Sorğu, 1963. Bu sorğuda məlum olur ki, insan başına düşən qida azacıq da olsa artıb. Amma bu sadəcə inkişaf etmiş ölkələrdə idi. Yəni, insanlığın 10-15%’i hələ də ac idi. Hətta bu 10-15%’in yarısı aclıqdan əziyyət çəkənlər idi.

IV Sorğu, 1977. Nəticələr göstərir ki, bir çox ölkədə adam başına düşən qida azalıb. Hətta, bu ölkələrdə 25%dən 50%ə qədər gənc uşaqlar aclıqdan əziyyət çəkir.

V Sorğu, 1985. Sorğu yenə də göstərir ki, ac insanların sayı çox sürətlə artmaqdadır.

Xüsusi günlər

FAO bir çox xüsusi günlər təyin edir. Aşağıda onların bir çoxu qeyd etdim:

16 oktyabr – Ümumdünya Qida Günü

20 may – Dünya Arı Günü

10 fevral – Dünya Paxlalılar Günü

Paxlalılar 12 növ yüksək zülallı, fərqli vitaminli məhsullardır. Bura quru lobya, mərcimək, quru noxud, noxud və sairə daxildir.

5 dekabr – Dünya Torpaq Günü

21 may – Beynəlxalq Çay Günü

Proqramlar və təşəbbüslər

1952də Səhra Çəyirtkələri Proqramı qurulur. Proqramın məqsədi səhrada olan çəyirtkələri, onlar bitkilərə zərər verməzdən öncə, yox etmək idi. Yəni, çəyirtkə ziyanlarını qabaqcadan önləmək.

1961ci ildə Gübrə Proqramı qurulub. Bu proqramın məqsədi isə gübrələri düzgün istifadə edib sahələrdə fermelərin məhsullarını artırmaq idi.

1963də isə Ümumdünya Qida Proqramı qurulur. Bu proqram məqsədi də ehtiyac sahibi yerlərə vaxtında qida ehtiyatı aparmaq idi.

1976cı ildə FAO-nun texniki biliklərini əlçatan etmək və üzv ölkələrin inkişaf səylərini dəstəkləmək üçün yaradılmış Texniki Əməkdaşlıq Proqramı bu gün Təşkilatın işləri ilə bağlı bütün sahələrdə yardım göstərir.

2020də FAO, pandemiya dövründə hamını qida ilə təmin etmək üçün 1,3 milyard dollar vəsait tələb edən COVID-19’a qarşı Mübarizə və Bərpa Proqramını hazırlayır.

Eyni ildə Əl-ələ Təşəbbüs adlı yeni bir qabaqcıl biznes modeli qurulur. Hədəf isə…. Özünüz bildiz də)) Qısaca, dövlət və özəl sektorların birləşib aclığa son verməsidir.

Yenə eyni ildə 2050ə qədər insanlığın 3də 2sini şəhərlərə yerləşdirməyi planlaşdıran FAO, Yaşıl Şəhərlər Təşəbbüsü’nü irəli sürür. Bu proqram, şəhər sakinlərinin rahatlılığını təmin etmək üçün, hökumətlərə şəhəriçi və şəhərətrafında meşəçilik, kənd təsərrüfatı və bioiqtisadiyyat işləri görməyi dəstəkləyir.

2021də Rəqəmsal Kəndlər Təşəbbüsü qurulur. Bunun məqsədi aşağı və orta gəlirliliyi olan bölgələrdə insanların texnologiya və yeniliklə olan boşluqlarını doldurmaq idi. Proqram kənd ərazilərində kənd təsərrüfatı məhsuldarlığını artırmaq və iqtisadi fəaliyyəti kənd təsərrüfatı məhsulları sektorundan kənara çıxarmaq üçün rəqəmsal vasitələrdən istifadə etməyə kömək edir.

Eyni ildə FAO 2022-2031 üçün Strategiya Çərcivəsi qurur. Çərçivə, təşkilatın aclıq, yoxsulluq və bərabərsizlik problemlərinin həlli üzrə növbəti onillik işi üçün yeni bir vizyonu təsbit edərək, üzvlər tərəfindən rəsmi olaraq təsdiqlənir. Bu, daha yaxşı istehsal, daha yaxşı qidalanma, daha yaxşı ətraf mühit və hamı üçün daha yaxşı həyat yolu ilə 2030-cu il Gündəliyini dəstəkləmək üçün bir plan müəyyən edir.

2022də Hər Ölkəyə Bir Məhsul Təşəbbüsü qurulur. Qısaca, hər ölkənin özünə məxsus bir məhsulu olur. İlk 5 ölkə Banqladeş, Misir, Malavi, Trinidad və Tobaqo və Özbəkistan olur.

FAO antimikrob müqavimətinə (AMR) qarşı mübarizə üzrə fəaliyyətini RENOFARM adlı 10 illik qlobal təşəbbüsün istifadəyə verilməsi ilə gücləndirir. Bu təşəbbüs ölkələrə heyvandarlıq istehsalında antimikrob vasitələrə olan ehtiyacı azaltmaqda dəstək göstərəcək. Elə həmin ilin sonlarında FAO heyvanlar və qida sahəsində AMR-ə qarşı mübarizə üçün indiyədək yaradılmış ən böyük və ən mürəkkəb İT platforma olan Antimikrob Müqaviməti İnformasiya Sistemi (inFARM)ni təqdim edir.

Qida və Kənd Təsərrüfatı üçün Bitki Genetik Resursları üzrə Beynəlxalq Müqavilə 20 illiyini qeyd edir. Hazırda 150 tərəfdaş ölkə və Avropa İttifaqını əhatə edən bu Müqavilə, FAO-nun əsas təşəbbüsü ilə yaradılmış və Katibliyi FAO tərəfindən yerləşdirilən bir mexanizm olaraq, indiyədək təxminən 7 milyon bitki genetik materialının ötürülməsinə imkan verib. Eyni zamanda, Müqavilə Norveçdə yerləşən Svalbard Qlobal Toxum Anbarının yaradılmasına güclü təkan verib; bu anbarda hazırda 1,2 milyon toxum nümunəsi qorunur.

FAO müəyyən edib ki, fermerlik məhsuldarlığında və aqro-ərzaq sistemində əmək haqqı fərqlərini aradan qaldırmaq qlobal iqtisadiyyatı 1 trilyon dollar artır, 45 milyon insanın aclığını azaldar və yüz milyonlarla ailənin davamlılığını gücləndirər. Bu nəticələrə əsaslanaraq, FAO “Cinsi Bərabərliyə Sadiqlik” təşəbbüsünü başlayır – bu, hökumətləri və təşkilatları qadınlar üçün aqro-ərzaq sistemlərini yaxşılaşdırmaq məqsədilə ciddi maliyyələşdirmə və əməkdaşlığa çağıran bir təşəbbüsdür.

2022də FAO, əsasən BMT-nin 2030-cu il inkişaf məqsədlərinə çatmaq üçün elm, texnologiya və yeni ideyalardan necə istifadə edəcəyini göstərən ilk Elm və İnnovasiya Strategiyasını təqdim edib.

Görüşlər və konfranslar

1996da 10.000 üzvü bir araya gətirən, növbəti minilliyi planlaşdıran Ümumdünya Qida Görüşü tarixi bir tədbir halına gəlir.

FAO İtaliya hökuməti ilə əməkdaşlıqda Romada BMT Qida Sistemləri Görüşü’ndən əvvəlki görüşünü keçirir. Bu görüş gəncləri, fermerləri, yerli xalqları, vətəndaşı, tədqiqatçıları və siyasət liderlərini bir araya gətirərək 17 Davamlı İnkişaf Məqsədi üzrə qlobal irəliləyişə başlamaq üçün idi.

1970ci ildə BMT-nin İnsan Ətraf Mühiti üzrə Konfransı keçirilir. Burada necə problemləri həll edəcəklərini müzakirə edirlər və 108 təklif irəli sürülür. Bunlardan 36sını FAO təklif edir.

1974də Ümumdünya Ərzaq Təhlükəsizliyi Komitəsi (CFS) FAOnun verdiyi məsləhətlər üzərindən qurulur. Hədəf isə daha çox taxıl yetişdirərək daha çox qarın doyuzdurmaq idi.

1984də Romada Ümumdünya Balıqçılıq Konfransı keçirilir. Konfransda ən yüksək dərəcəli şəxlər iştirak edir və bu sektoru zəiflədən məsələlər müzakirə edilir. Konfransın sonunda isə uzun müddətli bir razılaşma olur.

1992də Beynəlxalq Qidalanma Konfransında dövlətlər növbəti minillikdə aclığı yox etmək və ya çox böyük şəkildə azaldacaqlarına söz verirlər.

2002, Ümumdünya Qida Görüşündən 5 il sonra. 179 ölkədən nümayəndə heyətlərinin və Avropa Komissiyasının qatıldığı Ümumdünya Ərzaq Görüşü beynəlxalq ictimaiyyətin 2015-ci ilə qədər qida çatışmazlığından əziyyət çəkənlərin sayını yarıya qədər azaltmaq öhdəliyini bir daha təsdiqlədi. İki il sonra Qida Hüquqları Təlimatları FAO tərəfindən hazırlanmışdır.

Bilirəm, 2002ci il 1996dan 6 il sonradır. Sadəcə onlar 5 il kimi qeyd ediblər…

2009 da yenə də Qida Təhlükəsizliyi üçün Dünya Görüşü keçirilir və 60 dövlət başçısı və 192 nazir qida təhlükəsizliyini aradan qaldırmaq üzrə and bəyannaməsini qəbul edirlər.

2014də İkinci Beynəlxalq Qidalanma Konfransı (ICN2) keçirilir. Bu konfransın məqsədi dünyaca inkişaf etmiş kənd təsərrüfatı, sağlamlıq və digər müvafiq nazirliklər və qurumların siyasətçilərini BMT liderləri ilə bir araya yığmaq idi.

2015 də Minillik Hədəflərin İnkişafı Görüşü keçirilir. Bu görüş dünya liderlərinin bir yerdə olduğu ən böyük görüş olur. Bu görüşdə BMT-nin Minilliyin Bəyannaməsi qəbul edilib. Yenə də hədəf eynidir…


Bəli. Bunlar FAO haqqında araşdırmalarımla tapdıqlarım idi. Ümid edirəm bəyəndiniz!

İstinadlar


Rişad İ.
Rişad İ.

Salam! Mən Rişad İbrahimov. ADA universitetində Kənd Təsərrüfatı (Agriculture Technologies) ixtisasında oxuyuram. Bu platformada ixtisasımla əlaqəli maraqlı bloqlar paylaşıram.
Xoş izləmələr!

Bloq sayı: 26
×