GMO nədir? Zərərlidir yoxsa Sağlam? Harada İcazəlidir? GMO Haqqında fikirlərim #1

Həyatın hər bir sahəsində (İT, mühəndislik, təhsil, idman və s.) cavabı tam olaraq illərlə tapılmayan mövzular olur. Misalçün, İT sahəsində insanlar ‘ən yaxşı kodlaşdırma dili’ barədə razılaşa bilmir, idmanda qol qabağına ən yaxşı işləyən hərəkət barədə fikirlər dəyişir, hər ölkənin ‘bu daha effektivdir’ dediyi bir təhsil sistemi olur və sairə. Kənd təsərrüfatında da cavabı tapılmamış, fikir ayrılıqları olan mövzu isə budur, GMO (Genetik Modifikasiya olunmuş Orqanizm).

Əvvəlcə GMOnun nə olduğunu öyrənək, fikir ayrılıqlarına baxaq və sonda isə öz fikrimi sizlə bölüşüm.

GMO nədir?

GMO, İngiliscə Genetic Modified Organism, Azərbaycanca Genetik Modifikasiya olunmuş Orqanizm mənasındadır. Adından da göründüyü kimi, bir bitkinin daha keyfiyyətli böyüməsi üçün genetikasının laboratoriyada dəyişilməsi, yəni DNA və ya RNA ilə oynanılmasıdır.

Daha keyfiyyətli deyərkən nəzərdə tutulan, daha sürətli, zərərvericilərə daha dözümlü, daha az suya ehtiyac duyaraq və başqa bitkidə olmayan özəlliklərin əlavə edilməsidir. Bir sözlə, bitkinin bir genini başqa bir bitkinin geni ilə dəyişdirilməsi. Bu yolu istifadə etdikdə bitkilər daha əlverişli böyüyür və qida təhlükəsizliyi qorunur (kimə görə, nəyə görə. Hərkəs belə düşünmür.)

Əslində GMO çox uzun müddətdir var, sadəcə keçmişdə texnologiya ilə deyil, daha təbii yolla edirdilər. İndi isə laboratoriyalarda genetik mühəndislik üsulları (genetic engineering techniques) deyilən yollarla edirlər. Elə fikir ayrılığı da burada başlayır.

GMO daha çox 3 məhsul üçün istifadə olunur (çünki həmin məhsullardan növbənöv qidalar hazırlanır).

  • Qarğıdalı (əsas hədəf zərərvericilərə qarşı daha dözümlü olmasıdır)
  • Pambıq (eynilə, zərərvericilərə qarşı dözümlü olması üçün)
  • Soya (Dünyada istehsal olan soyanın 70-80%i GMOdur. Heyvan qidası, insan qidası və s. üçün)

Nümunələr

Növbəti hissəyə keçməzdən əvvəl bir neçə nümunə göstərmək istəyirəm:

Yuxarıdakı şəkildə göstərildiyi kimi, soldakı genetik olaraq dəyişdirilmiş (GMO), sağdakı isə ənənəvi üsullarla yetişdirilmiş məhsuldur. Burada hansısa bir bitkinin genini çiyələyə əlavə edərək onu daha böyük yetişdiriblər. Amma, dadı necə olduğunu bilmirik :))

Bu şəkildə də ilk iki alma GMO, sonuncusu isə non-GMO, yəni təbiidir.

Bu şəkillər bizi aldatmasın. Çünki GMO ilə sadəcə görünüşü deyil, dadı, zərərvericilərə mübarizəsini, bakteriyasını və sairə dəyişmək də olur. Misalçün bir bitki günəşə qarşı zəifdir və bakteriya toplayırsa, onu GMO ilə gücləndirmək də olur.

Fikir ayrılığı

Deməli burada 2 fikir var:

  1. Amerikada qəbul olunan fikir odur ki, əgər GMO olan məhsul təhlükəsizlik yoxlamaları keçirsə, onun istehsalı və satışı icazəlidir, natural olmasa belə.
  2. Avropada qəbul olunan fikir isə, əgər GMO olan məhsulun təhlükəsizliyi dəqiq deyilsə, o zərərli olsa da, olmasa da qadağandır.

Qalan yerlərdə də bu iki fikirdən biri qəbul olunur. Hətta bu sayta baxaraq hansı ölkələrdə icazəli, hansılarda qadağan olunduğunu görə bilərsiniz: https://worldpopulationreview.com/country-rankings/countries-that-ban-gmos

İş orasıdır ki, hər iki fikirin də üzərində araşdırmalar edilib və ikisi də doğru səslənir. Hər iki görüşdən də alimlər araşdırmalarında GMOnun ziyansız olduğunu bildirsələr də, bir qrup alimlər ola biləcək narahatlıqları bildiriblər.

Azərbaycanda da GMO icazəli deyil :)*

Mənim fikirlərim

GMO həqiqətən çox böyük bir mövzudur. Bu bloqu yazmazdan əvvəl hədəfim bir cavaba gəlmək idi, amma fikrim dəyişdi. Qərara gəldim ki, hər il GMO barədə fikirlərimi yeni bloq şəklində yazım. Ona görə də bu bloqun adında #1 var. Ümid edirəm bu platforma davamlı olar və 1 il sonra yeni fikirlərimi yazaram.

İndi düşünürəm ki, əgər GMOnu normasında istifadə etsələr, məncə heçbir problem olmadığını, amma texnologiyanın çox daxil olması ilə problemlərə yol açabiləcəyini düşünürəm. Yəni, bu mövzu haqqında hələki neytralam, bir növ Avropa kimi.

Sağolun!


İstinadlar



Rişad İ.
Rişad İ.

Salam! Mən Rişad İbrahimov. ADA universitetində Kənd Təsərrüfatı (Agriculture Technologies) ixtisasında oxuyuram. Bu platformada ixtisasımla əlaqəli maraqlı bloqlar paylaşıram.
Xoş izləmələr!

Bloq sayı: 26
×