İqlim dəyişikliyi nədir? Kənd təsərrüfatında necə qarşısı alına bilər?

Yəqin ki hamımız İqlim Dəyişikliyi barədə eşitmişik. Bu bloqda iqlim dəyişikliyi haqqında qısa öyrənib, buna nələrin səbəb olduğuna baxacaq, sonra isə kənd təsərrüfatındakı təsirlərinə və bunu necə azalda biləcəyimizə nəzər yetirəcəyik. Amma ilk öncə, İqlim Dəyişikliyinin nə olduğuna baxaq:
İqlim dəyişikliyi, qısaca, temperatur və hava şəraitində uzunmüddətli dəyişikliklərdir. Bu dəyişiklər həm natural (yəni təbiətin özündən), həm də insanlar tərəfindən edilən fəaliyyətlərdən yarana bilir. Amma, insanlar tərəfindən edilən fəaliyyətlər təbiətin etdiklərindən daha çox zərər vurur.
İnsan fəaliyyətlərinə bunlar daxildir:

- elektrik və istilik istehsalı (25%) – misalçün, evlərdə, zavodlarda, binalardan istifadə edilən enerjilər
- kənd təsərrüfatı və torpaq istifadəsi (24%) – misalçün, inəklərin, qoyunların və düyü sahələrinin metan (artıq hava) istehsal etməsi, meşəlikləri dağıtmaq və s.
- sənaye (21%) – sement fabrikləri, polad və dəmir istehsalı, kimyəvi məhsullar və s.
- nəqliyyat (14%) – məncə, bu haqda misal çəkməsəm də olar))
- binalar (6%) – evlərdə istifadə olunan qazlar, kondisaner və s.
Hal hazırda Yerin temperaturu 1800ci ildən 1.34-1.41 dərəcə daha istidir. Hətta bu əsrin sonuna qədər temperatur 1.2-4.1 dərəcə artacağı düşünülür. Bunun qarşısını almaq üçün də, emissiya yarıya qədər azalmalıdır.
Belə bir maraqlı fakt demək olar ki, dünyanın ən böyük ölkələri (Çin, ABŞ, Hindistan, EU, Avropa birliyi ölkələri, Russiya Federasiyası və Brazilya) birlikdə qlobal istixana (parnik) qazı tullantılarının yarısından çoxunu təşkil edir.
Kənd təsərrüfatına təsiri
İqlim dəyişikliyinin nə olduğunu anladıqsa, indi bizim əsas məsələyə keçək: kənd təsərrüfatında təsiri.
Kənd təsərrüfatında çox təsiri olsa da, bu bloqda ən əsas 6 təsirdən danışacayıq. Hansılar ki, bunlardır: temperatur artımı, quruluq, duzluluq, daşqın (artıq su), zərərvericilər və xəstəliklərin yayılması və torpağın məhsuldarlığının azalması. Hamısına nəzər yetirmək sıxıcı ola bilər, amma unutmayın ki, əlimdən gələn qədər aydın və axıcı yazıram ki, oxucu da, mən də həzz alaq :))
1. Temperatur artımı
Dediyimiz kimi, iqlim dəyişikliyi olanda hava çox isinir, bu da bitkilərin inkişafına zərər verir. Misalçün, bitkilərin fotosintezi zəifləyir, güllər tez əldən düşür, meyvələr balaca olur, heyvanlar çox daha yorğunlaşır. Ən əsaslarından biri də, heyvanları sərinlətmək üçün daha çox su lazım olur. Heyvan sərinləşdirməsi nə olduğunu bilmirsizsə, bu bloqa baxa bilərsiz.

2. Quruluq
Hava isinəndə çox yer quruluğa çevrilir. Çox adam quruluqla istiliyi eyni olduğunu düşünür. İstilik olduğu zaman günəş bitkiləri yandırır, amma quruluqda bitkilər nəmlənir. Bu da bitkilərin solmasına, torpağın üst qatının zəifləməsinə və s. təsir edir.

3. Duzluluq
İqlim dəyişikliyində torpaq daha duzlu olmağa başlayır. Bu da torpağın qidasını (nutrient) zəiflədir. Həmçinin bitki yetişmə sürətini azaldır və əkin sahələrini məhdudlaşdırır.

4. Daşqın (artıq su)
İqlim dəyişikliyi zamanı hava daha çox buxar və su daşıyır, bu su okeanlardan gəlir, küləklər daha şiddətli olur və yağışlar daha ağır yağır. Bu zaman da, sahələrdə problemlər yaşanır.

5. Zərərvericilər və xəstəliklərin yayılması
Əslində bunu anlamaq çox da çətin deyil. Hava istiləşəndə həşəratları daha çox görməyə başlayırıq. Eynisi kənd təsərrüfatında da belədir. Hava istiləşdikcə zərərvericilər çoxalır və bitkilərə zərər yetirir.

6. Torpağın məhsuldarlığının azalması
İqlim dəyişikliyi torpağa bir çox yöndən zərər verir. Misalçün, istilik torpağı qurudur, ağır yağışlar torpağın üst qatının dəyərini azaldır, quruluq mikroorqanizmləri öldürür və s. Yəni torpaq bir sözlər zəifləyir.
Bu arada, torpaq barədə bu bloqu oxuya bilərsiniz. Orada torpaq haqqında geniş yazmışam.
Bu problemlərdən qaçınma yolları
Bu saydığımız hadisələr kənd təsərrüfatında çox böyük problemlərə gətirib çıxarır. Amma, ağıllı (smart) kənd təsərrüfatında bütün bu problemləri həll etmək olar.
Deməli ağıllı kənd təsərrüfatında 2 yolla bu problemlərdən qaçınmaq olur: uyğunlaşma (adaptation), azaldılma (mitigation). Gəlin sizə bunu çox sadə şəkildə izah edim.
Uyğunlaşma odur ki, biz iqlim dəyişimini qəbul edirik və necə özümüzü və torpağımızı qoruyacağımızı, azaldılmada isə iqlim dəyişikliyini necə azalda biləcəyimizi düşünürük.

Uyğunlaşma strategiyaları
Dediyimiz kimi, uyğunlaşmada necə qorunacağımızı düşünürük. İqlim dəyişikliyindən aşağıdakı yollarla qorunmaq olar:
İqlimlə uyğunlaşan əkin növləri
Ən böyük strategiya budur. Burada sadəcə bitkilərin növlərini dəyişərək iqlimə uyğunlaşdırırlar. GMO, CRİSPR, sürətli yetişdirmə və s. yollarla bitkilərə fərqlilik qatırlar.
Məsələn, GMO haqqında danışaq. Bu üsulla bir bitkinin genetikası başqa canlılardan alınan faydalı genlərlə birləşdirilir. Yəni, bitkinin özündə olmayan bir xüsusiyyət (məsələn, duza davamlılıq, xəstəliyə davamlılıq və ya uzunmüddətli saxlanma) gen səviyyəsində ona əlavə olunur. Genetika, növlər və ekosistem haqqında ətraflı bu bloqda oxuya bilərsiniz.
Və ya CRİSPR, bu yolla isə hansısa bitkinin genetikasında əgər bir problem varsa, onu həll edib, yetişdirilir.
Əslində mənə maraqlı gəlirdi ki, bit bitkini yeniləmək necə olur? Yəni, bir-bir bütün toxumları düzəldirlər ya necə? Sonra öyrəndim ki, bir toxumu düzəldib, o toxumdan yetişən toxumları istifadə edirlər. Maraqlıdır.
Və sonda sürətli yetişdirmədən(Speed Breeding) danışa bilərəm. Bu yolla fermerlər təbiətdə yox, bağlı məkanlarda məhsul yetişdirir, gün işığı əvəzinə LEDlərdən istifadə edir, torpaq yerinə, sudan və torpaq minerallarından istifadə edərək bitki yetişdirirlər.
Azaldılma strategiyaları
Son olaraq da, azaldılma strategiyalarından danışmaq istəyirəm.
Bu strategiyalardan istifadə edərək fermerlər iqlim dəyişikliyindən qorunmaq yerinə, ona qalib gəlməyə çalışırlar. Qısaca, ağıllı kənd təsərrüfatına keçirlər.
Bildiyimiz kimi, ağıllı kənd təsərrüfatında çox şey datalara, süni intellekə, robotlara, dronlara və s. keçir. Bu yollarla da, əlavə sudan, kimyasallardan istifadə olunmur. Hərşey sadəcə “ağıllı”dır.
Son
Bu qədər. Ümid edirəm ki, iqlim dəyişikliyini, onun gətirdiyi problemləri, kənd təsərrüfatında rolunu və həllərini anladınız.
Sağolun!
