Kənd Təsərrüfatı Nazirliyi

“Kənd təsərrüfatında
gələcəyin layihəsi”

Könüllülər arasında intellektual səviyyəyə və innovativ layihə təfəkkürünə malik gəncləri seçmək, onların peşəkar inkişafını təmin etmək və müasir idarəçilik vərdişlərini aşılamaq məqsədilə təsis edilmiş qısa müddətli proqram.

3Mərhələ
7830Form
15+Mentor
Proqram haqqında

Proqramın məqsədi

“Kənd təsərrüfatında gələcəyin layihəsi” – Kənd Təsərrüfatı Nazirliyinin könüllüləri arasında yüksək intellektual səviyyəyə və innovativ layihə təfəkkürünə malik gənclərin seçilməsi, onların peşəkar inkişafının təmin edilməsi və müasir idarəçilik vərdişlərinin aşılanması məqsədilə təsis edilmiş qısa müddətli inkişaf proqramıdır.

Proqramın əsas məqsədi könüllülərin potensialından səmərəli istifadə etmək, onlara aqrar sahədə real layihələri idarə etməyi öyrətmək və ən istedadlı iştirakçıları nazirliyin gələcək kadr ehtiyatı bazasına daxil etməkdir.

🎯

İntellektual seçim

Yüksək intellektual səviyyəyə malik gənclərin müəyyən edilməsi və inkişaf etdirilməsi.

📈

Peşəkar inkişaf

Layihə idarəetməsi sahəsində praktiki və müasir idarəçilik bacarıqları.

🌾

Aqrar fokus

Aqrar sahədə real layihələrə dair təcrübə və gələcək karyera imkanları.

🏅

Gələcək kadrlar

Ən istedadlı iştirakçıları Nazirliyin kadr ehtiyatına daxil etmək.

Proqramın mərhələləri

Proqramın əsas mərhələləri

Proqram müasir və effektiv “öyrən, yaz, müdafiə et” formatında həyata keçirilir.

1
Seçim mərhələsi

Namizədlərin motivasiyasının və ilkin layihə ideyalarının qiymətləndirilməsi.

Bu mərhələdə iştirakıçılar motivasiya məktubları və layihə ideyaları əsasında qiymətləndirilir. Yalnız yüksək potensiallı gənclər növbəti mərhələyə keçəcək.

Motivasiya Layihə ideyası Potensial
2
Layihə idarəetməsi təlimləri

Ekspertlər tərəfindən layihələrin hazırlanması və idarə edilməsi üzrə intensiv kurslar keçirilir.

İştirakçılar layihə planlaşdırma, idarəetmə və təqdimat bacarıqları üzərində işləyərək real təcrübə qazanacaqlar.

Təlimlər Layihə idarəetməsi İntensiv kurs
3
Layihələrin qiymətləndirilməsi

Hazırlanmış layihələrin peşəkar münsiflər heyəti qarşısında təqdimatı və müdafiəsi həyata keçirilir.

Ən istedadlı iştirakçılar finalda seçilərək Nazirliyin gələcək kadr ehtiyatına daxil edilir.

Münsiflər heyəti Təqdimat Müdafiə
Qaliblər nə əldə edəcək?

Qaliblərin üstünlükləri

Proqramın qalibləri yalnız sertifikat və hədiyyə deyil, həm də real karyera fürsətləri əldə edəcəklər.

🤝

Toplaşma

Nazirliyin rəhbər şəxsləri ilə görüş və təcrübə mübadiləsi.

📜

Sertifikatlar

Layihə idarəetməsi üzrə rəsmi sertifikatlar.

🎁

Hədiyyələr

Xüsusi hazırlanmış dəyərli hədiyyələr və mükafatlar.

🧑‍🏫

Mentorluq

Peşəkar mentorluq dəstəyi proqramın bir hissəsidir.

💼

Karyera

Kənd Təsərrüfatı Nazirliyinin struktur bölmələrində karyera qurmaq imkanı.

🌟

İştirakçı

Kənd Təsərrüfatı Nazirliyinin bütün fəal könüllüləri müsabiqədə iştirak edə bilərlər.

Zəhmət olmasa cavablayın.
Zəhmət olmasa cavablayın.
This field is required.
Ətraflı izah və nümunə üçün aşağı sürüşdürün!
Zəhmət olmasa cavablayın.
Müraciət

“Kənd təsərrüfatında gələcəyin layihəsi” sənin ideyan, sənin uğurun!

Bu proqram kənd təsərrüfatında yeni layihə ideyaları və idarəetmə bacarıqları ilə tanış olmaq, nazirliyin rəsmi kadr ehtiyatına daxil olmaq istəyən gənclər üçün yaradılmışdır.