Kənd Təsərrüfatı Muzeyi – Maraqlı Anlar

Bugün Bakıda yerləşən Kənd Təsərrüfatı muzeyində oldum və çox maraqlı anlar yaşandı. Bu muzeyə getmək necə ağlıma gəlməsi, muzeyə girməmiş baş verən maraqlı hadisələr və muzeyin özü haqqında danışmaq istəyirəm.
Deməli, universitetdə olan Azərbaycan tarixi dərsimizdən tətqiqat işi verilmişdi ki, hansısa muzeyə gedib araşdırma edək. Mən də dedim, “Kənd təsərrüfatına marağım varsa elə ona aid bir muzeyə gedim, onsuz bu dərslərdən çıxaracağım ən gözəl dəyərlər öz seçdiyim ixtisasla əlaqəli olanlardı.” Bundan sonra sıralamada muzeyi gördüm və seçim etdim.
Muzeyə çatmazdan qabaq diqqətimi çəkən şey AQTA və AQTİ’nin binalarının da muzeyin yanında olması idi. İçəri daxil oldum. Muzey və digər yerlərin direktoru, Natiq bəylə görüşdüm və söhbət etdik. Məkan haqqında mənə məlumatlar verdi, kimlər gəldiyindən danışdı və kiçik gəzinti etdik. Qeyd edəndə ki, ADA Universitetində oxuyuram, sevindi və rektorumuzla olan görüşü haqqında danışdı. Hətta muzeyin ADAya köçürülməsini istədiklərini də bildirdi. Natiq bəy, həqiqətən, çox sadə və xoş insan idi.
Muzeyin Özü
Girişdə muzeyin qaranlıq olması və xüsusi işıqlardan istifadə edilməsi marağımı çəkdi. Səbəbi abidələri daha canlı göstərmək idi. Muzeydə Azərbaycanın kənd təsərrüfatı xronoloji şəkildə hazırlanmışdı. Qeyd olunana görə bu muzey əvvəlcə Kənd Təsərrüfatı məhsullarının satıldığı bir yer imiş, sonradan tələbat çox olduğundan muzeyə çevrilib.
Burada bütün təsvirlər haqqında bir-bir danışa bilməyəcəyim üçün aşağıda şəkilləri karusel halında yerləşdirəcəm. Xoş izləmələr!

























