Kənd Təsərrüfatı və Ağıllı Kənd Təsərrüfatı nədir?

Salam. Bu techagro səhifəsinin ilk bloqudur. Mən Rişad İbrahimov olaraq, bundan sonra ağıllı kənd təsərrüfatı sahəsində öyrəndiyim hərşeyi bu səhifədə paylaşacam. İzləmədə qalın!

Elə bu bloqda, həm kənd təsərrüfatından danışacaq, həm də ağıllı və ənənəvi kənd təsərrüfatına baxacayıq. İlk növbədə, ümumiyyətcə kənd təsərrüfatı nədir, onu anlayaq.

Kənd Təsərrüfatı

Bu sözün İngiliscə yazılışı “Agriculture”dir, latın lüğətindən götürülüb: “Ager”“Cultura”. “Ager” torpaq, “Cultura” isə becərmə deməkdir.

Sözün mənası: “istehlak (yemək) və ya satış üçün qida əldə etmək məqsədilə heyvandarlıq və bitkilərin yetişdirilməsi”.

Ümumilikdə kənd təsərrüfatının məqsədi torpaqdan istifadə edərək daha çox məhsul yetişdirməkdir. Yerin 29%i torpaqdan ibarətdir, bunun 38%i kənd təsərrüfatı üçündür və bunun da sadəcə 33%i yararlıdır. Yəni Yerin sadəcə 3.6…%i kənd təsərrüfatına yararlıdır.

Kənd təsərrüfatında bir çox şey etmək mümkündür. Misalçün:

  • Bitki elmi – gündəlik yediyimiz bitkilər yetişdirilməsi (düyü, kartof, və s.)
  • Heyvandarlıq – heyvanları yetişdirmək, onlardan məhsul (süd, yumurta və s.) əldə etmək
  • Baytarlıq – heyvan xəstəlikləriylə məşğul olmaq
  • Balıqçılıq – balıqların yetişdirilməsi və idarə olunması

Kənd Təsərrüfatının gəlişim dövrləri

Aşağıda kənd təsərrüfatının ilk 5 dövründən danışacayıq: Əsas/İbtidai, Ovçuluq, Yanğın, Heyvanların ƏhliləşdirilməsiBitkiçilik.

Əsas/İbtidai

Bu dövr insanlığın yer üzünə gəldikdən sonra heyvanlardan qorunması ilə başlayıb. İnsanlar köməksiz idilər və bir yol taparaq yırtıcı heyvanlardan qorunurdular. Yəni, ağac budaqlarından istifadə edərək sığınacaqlar düzəldirdilər.

Ovçuluq

Bir müddət sonra insanlar özlərini yırtıcı heyvanlara daş ataraq qorumağa başladı. Bu dövr həm də köhnə daş dövrü adlanır. Bu insanlar vəhşi heyvanların ətini çiy-çiy yeyirdilər. Qadınlar yaxındakı ərazilərdən meyvə yığırdılar və (qadınlar) heyvan dərilərini geyinirdilər.

Yanğın

Bir digər adı ilə, yeni daş dövrü. İnsanlar artıq tonqal qalaya bilirdilər. Yəni, əti bişirib yeyirdilər, alovla isinə bilirdilər və s.

Heyvanların Əhilləşdirilməsi

Artıq bu dövrdə kişilər heyvan ekspertləri oldular. Gələcək üçün heyvanları saxlamağa başladılar, bununla da, heyvan əhilləşdirilməsi başlandı. İlk başlarda mal-qara, keçi, qoyun, it və s. əhilləşdirildi.

Qadınlar isə heyvanların yemlərinə göz-qulaq olurdular.

Bitkiçilik

Sonuncu dövr olan bitkiçilik dövründə insanlar həyətdə tutduqları toxumlardan bitkilərin gəldiyini anlamağa başladılar. Bu işlə daha çox qadınlar məşğul idi. Buna görə də qadınlar kənd təsərrüfatının qabaqcıllarıdır.

Sonra insanlar torpağı qazaraq kiçik dənli bitkilər yetişdirdilər. Bununla da, əkinçilik başladı.


Maraqlı fakt:

Müasir kənd təsərrüfatı 18ci əsrdə başladı. Bundan sonra isə 1960cı illərdə Norman Borlaug adlı biri heçbir insanın ağlına gəlmədiyi bir şey kəşf edir. Bu kəşfdə o, bitkilərin (xüsusilə buğda və düyü) fərqli növlərini yetişdirməyi bacarır. Bu yolla 2 fərqli ölkənin bitki inkişafını 2 qat artırır. Hətta ona yaşıl dövrün atası (father of green revolution) adını da verirlər.

Başqa bir gün onun haqqında da tam ətraflı bir bloq yazaram, inşallah.

YENİLƏMƏ: yazdım https://techagro.az/norman-borlaug-kim-idi-ne-etdi-nelere-sebeb-oldu/

Kənd Təsərrüfatının Önəmi

Aşağıda qeyd olunan hərşeyi kənd təsərrüfatı ilə əldə etmək olar:

Qida – tək yemək deyib keçməyin. Bura elə şeylər daxildir ki, insanlar onlarsız yaşaya bilməz. İnsanlığın həmişə yeməyə ehtiyacı var. Amma bəzi yeməklərin karbohidratları daha çox, bəzilərində zülal (protein), bəzilərində yağ və s. var. Bütün bunlar kənd təsərrüfatından asılıdır.

Geyim – Dünyadakı geyimlərin təxminən 70%-i pambıqdan hazırlanır. Və pambıq kənd təsərrüfatının məhsuludur. Bundan əlavə dəri geyimlər də var.

Evlər – bildiyimiz kimi evlərin çoxu taxtadan istifadə olunaraq tikilir. Bu da ağaclara ehtiyacın olduğunu göstərir.

Sənaye – kənd təsərrüfatı sənayeyə xammal verir. Məsələn, tibbi məhsullar, kağız, sabun, şam, boya, ətir və digər bir çox şey.

Gəlir – kirayə verilmiş sahələr, fermalardan, kənd təsərrüfatı məhsullarından və digər kənd təsərrüfatı ilə əlaqəli olan şeylərdən yüksək gəlirlər əldə etmək olur.

Təbiətin gözəlliyi – növbənöv güllər, bitkilər, dekorativ kollar və s. kənd təsərrüfatı ilə təmin olunur.

Ətraf Mühit Balansı – Bitkilər atmosferə O2 (oksigen), heyvanlar isə CO2 (karbon dioksid) buraxır və beləliklə, atmosferin qaz konsentrasiyası tarazlaşır. Kənd təsərrüfatı bitki və heyvan istehsal etməklə ətraf mühitin tarazlığına kömək edir.


Ağıllı Kənd Təsərrüfatı nədir?

Əgər kənd təsərrüfatının nə olduğunu bildiksə, artıq əsas öyrənməli olduğumuz onun ağıllı versiyasıdır. Bu söz ingiliscə “Smart Agriculture” deməkdir.

Ağıllı kənd təsərrüfatı yeni texnologiyalardan istifadə edərək əldə olunan məhsulun həm keyfiyyətini, həm də kəmiyyətini artırmaqdır.

Gəlin sizə bir neçə misal ilə tam izah edim:

  • Təsəvvür edin, bir kartof sahəniz var, amma problem odur ki, sahənin bir hissəsinə zərərverici həşəratlar yığışıb. Edə biləcəyiniz şey isə, pestisid (su formasındadır, zərərvericiləri öldürür) istifadə edərək bütün sahəyə bundan spreyləyəsiz. Amma iş orasıdır ki, siz bunu sadəcə sahənin bir hissəsinə etməlisiniz.
    Ənənəvi kənd təsərrüfatında bir işçi belinə pestisid dolu olan qabı geyinib, başlayır hara gözünə süzürsə, oranı spreyləməyə (aşağıdakı şəkildəki kimi). Amma ağıllı kənd təsərrüfatında bu tamamilə başqa yolla edilir.
    Deməli, bir dron havalanır və sahənin üzərində uçaraq çox yüksək keyfiyyətli şəkillər çəkir. Sonra, bu şəkillər süni intellekt ilə yoxlanılır və problemin harada olduğunu məlum edir. Bundan sonra, başqa bir dron qalxaraq sadəcə həmin (zərərverici olan) yeri pestisid ilə spreyləyir. Bu yolla pestisid istifadəsi çox böyük faizlə azalır.
  • Başqa bir misal da göstərə bilərik. Bir sahəniz var və bu sahənin hansı hissəsi qurusa, oranı sulamaq lazımdır. Təbii ki bu sahənin hər bir hissəsi eyni vaxt, eyni qədər suya ehtiyyac duymayacaq. Ona görə də, bizə hansısa bir texnologiya lazımdır ki, bütün sahəni eyni vaxt sulamayaq.
    Bu texnologiya da sensorlardır. Sensonlardan istifadə edərək farmerlər sahənin hansı hissəsinin suya ehtiyacının olduğunu, hansı hissəni nə vaxt ehtiyacı olacağını bilir. Bunu bildikdən sonra da, yenə dronlardan istifadə edərək, həmin sahəni sulayırlar.

Bu iki misal sadəcə dron və sensonlardan ibarət idi. Amma realda texnologiyadan istifadə edərək kənd təsərrüfatında daha çox şeylər etmək mümkündür. Bu mövzuları da növbəti bloqlarımda oxuya bilərsiniz!

Sağolun!


Rişad İ.
Rişad İ.

Salam! Mən Rişad İbrahimov. ADA universitetində Kənd Təsərrüfatı (Agriculture Technologies) ixtisasında oxuyuram. Bu platformada ixtisasımla əlaqəli maraqlı bloqlar paylaşıram.
Xoş izləmələr!

Bloq sayı: 26
×