Kəşf Et. Əlaqə Qur. İnkişaf Et. – ADA Universiteti Kənd Təsərrüfatı tədbiri

24 fevral 2026cı ildə ADA Universitetinin yeni açılmış Kənd Təsərrüfatı kampusunda böyük bir tədbir keçirildi. Bu tədbirdə Azersun, Agro Dairy, Veysəloğlu (Araz), Mərcan, Agrarco kimi bir çox şirkətin stendləri oldu və öz məhsulları haqqında danışdılar.

Bu böyük tədbirdən öncə kiçik bir danışıq keçirildi və burada universitetin prorektoru Fariz İsmayılzadə, dekanımız Matteo Vittuari və digərləri çıxış etdi. Bundan sonra isə tədbir başladı.

Tədbir boyunca çox maraqlı anlar yaşandı və gözəl bir gecə olaraq yadda qaldı. Qeyd edim ki, mən bu tədbirdə kampusun çölündə fərqli bir işlə məşğul idim. İçəridə növbənöv məhsullar təqdim olunsa da, mən fərqli bir ab-havada, universitetin girişində Project Flat şirkətində təbii pizza düzəldirdim. Başlarda heçkim yaxınlaşmasa da, bir anda çoxunun marağına çevrildik. Düzü bunu etməklə içəridə olan maraqlı mövzuların bir hissəsini qaçırtsam da, sırf bu təcrübə mənim üçün çox dəyərli idi. Həmişə sağlıqlı məhsullara marağım var idi və sağlıqlı pizza hazırlamaq çox gözəl bir təcrübə oldu. Həmçinin universitetin rektoru Hafiz Paşayev, dekanımız, müəllimlərimiz də bizim hazırladığımız pizzaları daddı və çox bəyəndi.

Başqa bir maraqlı an isə mənim və bir çoxunun oruclu olması və bu tədbirdə birlikdə iftar etməyimiz oldu. Məncə belə bir tədbirdə iftar etmək çox maraqlı idi.


Rişad İ.
Rişad İ.

Salam! Mən Rişad İbrahimov. ADA universitetində Kənd Təsərrüfatı (Agriculture Technologies) ixtisasında oxuyuram. Bu platformada ixtisasımla əlaqəli maraqlı bloqlar paylaşıram.
Xoş izləmələr!

Bloq sayı: 37
×