“Kənd Təsərrüfatında Gələcəyin Layihəsi” Proqramına Xoş Gəlmisiniz!
Proqram haqqında
Kənd Təsərrüfatı Nazirliyinin könüllüləri arasında yüksək intellektual səviyyəyə və innovativ layihə təfəkkürünə malik gənclərin seçilməsi, onların peşəkar inkişafının təmin edilməsi məqsədilə təsis edilmiş qısa müddətli inkişaf proqramıdır.
Seçim mərhələsi
Seçim
Könüllülərin fərdi potensialı və ilkin ideyaları nəzərdən keçirilir. Motivasiya, aqrar sahəyə maraq və yaradıcı düşüncə tərzi xüsusi meyarlar əsasında qiymətləndirilir. Yalnız proqramın hədəflərinə uyğun gələn namizədlər növbəti mərhələyə keçir.
Təlim mərhələsi
Öyrən və Yaz
Peşəkar ekspertlər tərəfindən keçirilən layihə idarəetməsi üzrə intensiv təlim. İştirakçılar nəzəri biliklər toplamaqla yanaşı, aqrar sahənin aktual çağırışlarına uyğun real layihə sənədlərini hazırlayırlar. Komanda ilə iş, resursların planlaşdırılması və risklərin idarə edilməsi kimi bacarıqlar aşılanır.
Final mərhələsi
Müdafiə et
İştirakçılar hazırladıqları layihələri münsiflər heyəti qarşısında təqdim edirlər. Layihənin innovativliyi, tətbiq olunma imkanları və kənd təsərrüfatı sektoruna verə biləcəyi fayda əsas götürülür. Ən yüksək nəticə göstərənlər proqramın qalibi elan olunur.
Qaliblər nə əldə edəcək?
“Sənin ideyan, sənin uğurun!”
