Monsento Şirkəti – Haqqında, Tarixi və Təsiri

Monsento şirkəti, 1901-ci ildə Sent-Luis, Missuri’də qurulmuş, əsas hədəfi kənd təsərrüfatı məhsulları və kimyasallar satmaq olan, yenilikləri və herbisidlər sahəsində məşhurdur. İlk başlarda saxarin (süni dadlandırıcı) kimi qida əlavələri satan, sonra isə ağır şəraitlər altında yetişən genetik modifikasiya olunmuş toxumlar üzrə inkişaf etmişdir. Monsantonun ən məşhur məhsulları qarğıdalı, soya və Roundup kimi qlifosat (glyphosate) ilə hazırlanmış herbisidlər idi. Roundup kimyasal məhsullardan hazırlanmış və böyük problemlərlə (ətraf mühit, xərçəng xəstəlikləri) üzləşmiş bir məhsul idi.

Monsanto şirkəti bu sahədə bir lider olana qədər çox çətin yollar keçmişdi. Onlar şirkətin yaratdığı ixtilaflı məsələlərə – genetik modifikasiya olunmuş məhsullar, toxum patentləri və bəzi məhsulların sağlamlığa verdiyi zərərlər – görə idi. Monsanto işini uzun illər davam etdirdi və 2018ci ildə bir əczaçılıq (pharmaceutical) şirkəti olan Bayer tərəfindən alındı.
Monsantonun məhsulları qarğıdalı, pambıq, soya, kanola və bir neçə növ tərəvəzlər idi. Qeyd edim ki, bunlar sıradan məhsullar kimi səslənməsin. Monsanto bu məhsulları üzrə dünyada ən çox satış edən şirkətlərdən (hətta, 1ci belə demək olar) idi. Genetik modifikasiya olunmuş toxumların hazırlanmasında qabaqcıllıq etdi və bu, onun ən vacib məhsullarından biri olmaqla yanaşı, ən mübahisəli məhsullarından birinə çevrildi. Monsantonun hədəfi ən pis şəraitlərdə belə məhsuldar yetişəcək məhsullar yetişdirmək idi. Amma tənqidçilər bunun sağlamlığa və ətraf mühitə ziyan vuracağını qeyd etdi. Həmçinin Monsanto yetişdirdiyi toxumlara patentlər yerləşdirirdi (bu patentlər fermerlərə patentləşdirilmiş toxumları saxlamağı, yenidən əkməyi və ya satmağı qadağan edir və hər il yeni toxum almağı tələb edir).
Şirkət həmçinin kənd təsərrüfatı və yaşayış bazarlarında istifadə üçün Roundup kimi herbisidlər istehsal edib. Roundup istənilməyən alaq otlarını məhsula və torpağa zərər vermədən məhv etmək üçün bir maddə idi. Amma bu məhsulun tərkibində qlifosat (glyphosate) olduğu üçün bir çox məhkəmə işiylə üz-üzə qalmışdı. Bundan əlavə, Monsanto yerli hava və əkinçilik şəraiti haqqında topladığı ətraflı məlumatları təhlil edib, birləşdirib və satıb. Fermerlər bu məlumat xidmətlərindən işləri planlaşdırmaq, məhsulları izləmək və xərcləri idarə etmək üçün istifadə edirlər.

Bu qədər şeydən sonra 2018ci ildə Bayer şirkəti Monsanto’nu satın aldı və onun adının bir növ yox ediləcəyini qeyd etdi. Amma Monsanto məhsulları hələ də Bayer adı altında satışda olacaqdı… Elə bununla da Monsanto fəaliyyətini dayandırdı. Bu satın almadan bir il öncə, 2017də, Monsanto şirkəti 20000-dən çox insanı işə götürmüş və 60dan çox ölkədən obyektlərə (facilities) sahib idi. Buna baxmayaraq onun bu etdikləri ABŞda ən çox təhqirə məruz qalmış şirkətlərdən biri etdi.
Tarixi
Con Kuini (John Queeny) Monsanto şirkətini 1901ci ildə həyat yoldaşının qızlıq adını götürərək açdı. İlk məhsulları saxarin (saccharin) idi, süni dadlandırıcı. Monsanto ilk illərdə yavaş irəliləsə də, Coca-Cola şirkəti 1903cü ildə ondan topdan saxarin almasıyla inkişaf etməyə başladı. İllər sonra Monsanto başqa bir süni dadlandırıcı istehsal edərək NutraSweet adı altında satmağa başladı. Başqa məhsul isə vanilya və kofeindən hazırlanmış vanilin idi.
Monsanto məhsullarını fərqli sənaye sahələrinə çeşidləndirməyə davam etdi. Qida əlavələrindən başqa aspirin və antiseptik istehsal edərək əczaçılıqda da rolu oldu. Birinci Dünya Müharibəsindən (1914-18) sonra Monsanto kimyasal sənaye məhsulları ehtiyacının qarşısını almağa çalışdı. Bu kimyəvi maddələr arasında müxtəlif turşular (acids) və dezinfeksiyaedici maddələrin tərkib hissəsi olan krezol (cresol) da var idi.
1920ci illərin sonlarına doğru şirkət qloballaşmağa başladı və qısa müddət sonra şirkətin sahibliyi atadan, Con Kuini (John Queeny), oğula, Edqar (Edgar), keçdi. Şirkətin adı 1933cü ildə Monsanto Kimyasal Şirkəti (Monsanto Chemical Company) olaraq dəyişdirildi. 2 il sonra isə Tomas və Hoxvalt (Thomas & Hochwalt) laboratoriyalarını əldə etdi və bu laboratoriyalar vasitəsilə şirkətin araşdırmaları inkişaf etdi.


1940cı illərdən Monsanto kimyasallar istehsal etməyə başladı. 1948dən 1969a qədər Narıncı Herbisid (Herbicide Orange), başqa adıyla desək Agent Orange’i hazırladı. Bu yüksək zəhərli herbisid ABŞ tərəfindən Vyetnam müharibəsi zamanında həm partizan (guerilla) əsgərlərinin sığınacaq kimi istifadə etdikləri ağacların yarpaqlarını məhv etmək, həm də düşmənin qida mənbəyini zəiflətmək üçün istifadə olundu.

Bundan sonra 1940cı illərdə DDT adlı bir həşəratöldürən (insecticide) istehsal olundu. Sadəcə pestləri öldürdüyü iddia olunan bu məhsul, əslində, ətraf mühitə böyük zərərlər vururdu. Buna görə də 1972ci ildə Ətraf Mühit Qoruma Agenti (Environmental Protection Agency) tərəfindən qadağan olundu.

Monsanto 1943cü ildə ABŞ tərəfindən İkinci Dünya Müharibəsində atom bombası düzəltmək üçün işə alınan bir neçə şirkətdən biri idi. Bu gizli işi Monsanto şirkətinin törəmə şirkəti Thomas & Hochwalt Laboratories həyata keçirdi.
1970ci ildə Roundup’ın təqdim olunması Monsanto üçün dönüş nöqtəsi oldu. Dünyanın bir çox yerindən fermerlər topluca Roundup alaraq Monsanto’nun inkişafına səbəb oldular.
Şirkətin kənd təsərrüfatı məhsullarında inkişafı ən çox 1970ci illərdə bitkilərin hüceyrə biologiyasını araşdırmaqlarıyla başladı. Öyrəndikləri yenilikləri istifadə edən Monsanto, alaq otlarına, zərərvericilərə, xəstəliklərə və quraqlığa qarşı müqavimət göstərmək üçün daha güclü toxum sortları hazırlaya bildi. 1982ci ildə Monsanto şirkəti ilk dəfə bir bitkinin genetikasını uğurlu bir şəkildə dəyişdirə bildi. Həmin ildə Monsantoda işləyən araşdırmacılar artıq bitkilərin rahatlıqla genetikasını dəyişə bilirdilər.
Monsanto həmçinin başqa sənayelərə də göz gəzdirdi. 1985ci ildə G. D. Searle şirkətini aldı. Bu şirkətin 2 əsas məhsulu var idi: dadlandırıcı NutraSweet və Celebrex (ağrıkəsici), artritin ağrılarına qarşı dərman. Uzun illər fərqli sənayelərə giriş edən Monsanto, axırda Farmakia və Apcon Şirkəti (Pharmacia & Upjohn Company) tərəfindən alınır. Bu satın alımdan sonra Monsanto’nun sahib olduğu Searle şirkətinin idarəsi də yeni ana şirkətə keçir. 2 il sonra Monsanto Pharmacia’dan ayrılaraq yenidən asılı olmayan bir şirkətə çevrilir və səhmləri 2002ci ildə yenidən açıq şirkət kimi ticarətə başlayır.

Monsanto genetikası dəyişdirilmiş toxumları yetişdirməyə, herbisidlər istehsal etməyə və yeni ferma metodları araşdırmaq yolunda davam etdi. 2013cü ildə İqlim Korporasiyası (Climate Corporation) şirkətini alır. Bu, fermerlərin işinin daha keyfiyyətli olması üçün hava və sahə şəraiti məlumatlarını toplayan şirkət idi.

2016cı ildə əczacı və həyat elmi şirkəti olan Bayer, Monsantonu $66 milyarda almaq istədi. Amma bəzi inam problemləri yarandığından ABŞ tənzimləyici orqanları və Avropa Birliyi (EU) bu satın alımı təsdiqləməkdə narazı oldular. Bayer şirkəti bəzi Monsanto məhsullarını rəqib şirkət olan BASF’a satmalı idi.
2 il sonra Avropa Birliyi bu satın alımı təsdiqlədi, ardıyca da 1 ay sonra ABŞ tənzimləyici orqanları təsdiq verdilər. Bu birləşmə 2018ci ilin iyun ayında həyata keçdi və Bayer “Monsanto” adından uzaqlaşacağını bildirdi (yəni şirkətin adını dəyişəcəkdi).

Satın alımdan sonra Bayer Monsanto’ya qarşı açılmış 100 min məhkəmə iddiaları üzərində işlədi. 2020ci ildə Bayer bu iddiaların böyük bir hissəsini $11 milyard ilə sonlandırdı. Həmçinin, 2023cü ildə artıq Roundup və başqa qlifosat məhsulları satmayacağını qeyd etdi.
Nəticə
Düşünürəm ki, artıq Monsanto şirkəti haqqında geniş məlumat sahibi, GMO məhsullarının da gətirə biləcəyi problemləri görməyə nailik. Növbəti bloqlaradək, sağolun!
