Norman Borlaug – Kim idi? Nə etdi? Nələrə Səbəb oldu?

Təsəvvür edin haqqınızda 2 fərqli düşüncə var. Bir qrup insan sizin 1.000.000.000 insanı aclıqdan qurtardığınızı düşünür, digərləri isə əksinə, etdiyiniz şey ilə dünyada böyük problemlərə səbəb olduğunuzu deyir. Bəli, bu insan Norman Borlaugdu. O, buğda yetişdirməyi dəfələrlə daha səmərəli və sürətli etməsiylə tanınır. Bu bloqda onun həyatı haqqında öyrənib, ixtira etdiyini metodlara baxacaq və həqiqətən də yaxşı biridirmi, onu görəcəyik.

Kim idi?

Borlaug 1914cü ildə Amerikanın Iowa ştatında doğulan, Amerikalı kənd təsərrüfatı alimi və bitki patoloqu, Sülh üzrə Nobel mükafatının qazanan biridir. O, adətən, Yaşıl İnqilabın atası (Father of Green Revolution) adlanırdı.

O vaxtlar ailələr əsasən özlərini dolandırmağa yetəcək qədər məhsul yetişdirər və ferma saxlayardılar. Yəni, satış məqsədli işlər çox da yox idi.

Uşaqlıq vaxtlarından, demək olar yeriməyə başlayandan, ferma işlərində işləyirdi. Yumurtaları yığar, otları yolar, toyuqları yemləyər və bu tip kiçik işlərlə maraqlanardı. Amma böyüdükcə işləri də artmağa başlayırdı.

Yeddinci sinifdən sonra biraz daha uzaqda olan bir məktəbə keçir və orada fermadan uzaq duraraq, idmanlarla məşğul olmağa başladı, əsasən də güləş. Ancaq bir müddət sonra bir müəlliməsi tərəfdən həvəsləndirilərək kənd təsərrüfatı üzrə təcrübəyə dəvət edilir. Öz ştatına sevgisindən və oranın torpağıyla nəsə edə biləcəyini düşünən Borlaug, kənd təsərrüfatından sahib olduğu biliklərlə bu təklifi qəbul edir.

Bu praktikada Borlaug və başqa tələbələr torpaqda iki fərqli şəkildə məhsul yetişdirillər. Bunlardan birində məhsulu ənənəvi şəkildə, yəni heçbir kimyasal məhsul qatmadan, digərində isə, fərqli kimyasal məhsullardan istifadə edərək yetişdirillər.

Və düşündüyünüz kimi, nəticələrdə bəlli olur ki, kimyasallardan istifadə edilən bitki birincidən 2 qat daha çox qida verib. Bu da Borlaug’un ağlına batır və çox fərqli bir şey kəşf etdiklərini düşünür.

Universitetə girməyi cəhd etsə də, imtahandan keçə bilmir. Buna görə də Kənd Təsərrüfatı Kollecində (College of Agriculture) meşəçilik ixtisasına qəbul olur.

Meşəçilik sahəsində çalışmağı düşünsə də, bir müddət sonra bu sahəyə işlər yox olmağa başlayır. Buna görə də, yeni planlar etməli olur. Bu vaxtlarda Amerikada Toz Qabı (the Dust Bowl) adlanan dövr başlayır (1930cu illər). Bu dövrdə quruluqlar çox sürətlə artır, zəif kənd təsərrüfatının gətirdiyi problemlər ortaya çıxır (bir yeri çox şumlamaq, eyni məhsulu eyni yerə çox əkmək və s.), ağır küləklər tozu torpağı bir birinə qatır və bu toz sahələri (kənd təsərrüfatı üçün olan yerləri) məhv edir.

İş orasıdır ki, Borlaug bunların hamısına şahid olur. Nə edə bilər deyə düşünərkən, təcrübə üçün olan məhsul sahələrinin çox az zərər çəkdiyini görür və bundan istifadə etməyi düşünür. Bu, onun üçün ideyalarını gerçəkləşdirməyə yaxşı bir zaman idi.

Borlaug düşünür ki, bu yerlərdə yenidən, məktəb vaxtı etdiyi yolla və öyrəndikləri ilə, məhsullar yetişdirərək, aclığı böyük bir şəkildə azalda, sulu əraziləri istifadə etməyərək İqlim Dəyişikliyini və Ekosistemi qoruya və yeni növ bitkilər kəşf edə bilər. Amma, yaxşı düşünmək, həmişə yaxşı nəticə vermir…

Nə etdi?

İllər keçdi və 1944cü ildə Borlaug artıq uzun vaxtdır ki, bakterilərlə, göbələklərlə və s. təcrübələr keçirirdi və çox böyük bir anlayışa sahib idi. İkinci dünya savaşı başladığı üçün artıq prioritetlər dəyişirdi.

4 il ərzində Borlaug 4 fərqli cür buğda yetişdirmə yolları kəşf etmişdi. Onun tapdığı yollarla buğda yetişərkən göbələk xəstəliklərindən (Stem Rust) qorunmaqda çox yaxşı idi və buğda əvvəlki yollardan 2 həftə daha tez cisimləşirdi. Bundan əlavə günəş işığı ehtiyacını da azaltmağı bacarmışdı. Bunun üçün yüzlərlə/minlərlə buğdanı araşdırıb, onlara lazım olan hissələrini götürüb üzərlərində işləyirdilər. Bir növ GMO kimi səslənir, əslində demək olar elədir.

Amma tək bununla bitmirdi. Borlaug tapdığı yollarda buğdanı yetişdirərkən çox gübrə işlədirdi. Borlaug nə qədər bunun orqanik gübrə (yəni, heyvanların artıqları və sairədən hazırlanmış gübrə) olduğunu desə də, o vaxtlar bütün bu gübrələrə yetəcək qədər orqanik gübrə demək olar yox idi. Olması üçün daha çox heyvandarlıq olmalıydı, heyvanlar da artdıqca onları yemi, yəni buğda artmalı idi. Yəni ki, çox güman orqanik olmayan gübrələrdən istifadə edilirdi.

Bir müddət sonra, 1956 da Meksika Borlaug’un kəşfi ilə məhsuldarlığını təxmini 2 qata, 1963də isə artıq 6 qat daha çox məhsuldarlığa qaldırmışdılar.

1963də Borlaug bu metodları Pakistana və Hindistana apardı. Toxumları orada əkməyə apararkən savaş başladı və insanlar bir tərəfdən düşmənlə döyüşüb, bir tərəfdən məhsul yetişdirirdilər. Amma illər sonra həm Pakistan, həm də Hindistan buğda baxımında özlərini təmin edəcək hala gəldilər.

Sonra nə baş verdi?

Bunlardan sonra Borlaug milyonlarla insanın aclığına son verən biri kimi tanınmağa başladı. Ən əsası, onun səmərəli məhsulları çox sürətlə yayılmağa başladı. Bir müddət sonra da, 1970də, Sülh üzrə Nobel mükafatını da qazandı.

Bir müddət sonra laboratoriya araşdırıcıları Borlaug’u və onun dəstəkçilərini məhsulları orqanik olmayan gübrə ilə yetişdirdikləri üçün qınamağa başladılar. Bundan əlavə başqa əks fikirlər də ortaya çıxmağa başladı.

Bunun üzərinə Borlaug onlara belə cavab verir:
“Onlar heçvaxt fiziki cəhətdən aclıq hiss etməyiblər. Onlar lobi işlərini rahat iş paltarları ilə Vaşinqton və ya Brüsseldə edirlər. Əgər onlar 1cə ay bu, əziyyətlə inkişaf edən dünyada qalsalar, hansı ki, mən 50 ildir edirəm, traktorlar, gübrələr və suvarma kanalları üçün ağlayacaqlardı. Və evlərində oturan elit insanlar bunları inkar etməyə çalışanda əsəbləşəcəklərdi.”

Borlaug 1984cü ildə özünə 2 fərqli həmfikir tapmışdı. Onlardan biri köhnə ABŞ prezidenti Jimmy Carter (Cimmi Karter) idi, onun kənd təsərrüfatı barədə keçmişdə işləri olub. O, həm də Afrikanın kənd təsərrüfatı inkişafını öz üzərinə götürmüşdü. İkincisi isə, Ryoichi Sasakawa, “eqoistlik canavarı, acgözlü, insafsız tutqusu, siyasi aldatıcılığı” olan biri kimi tanınırdı. Borlaug bu dəstəkçilərin “paddeşqası” ilə işini davam etdirə bildi.

Nələrə səbəb oldu?

Gəldik ən maraqlı hissəyə. Əvvəlcə qeyd etməliyəm ki, Borlaug’un etdiyi bu kəşflər təqdirəlayiqdir və möhtəşəmdir. O insanlara bir buğdanı araşdıraraq onunla nələr edilə biləcəyini göstərdi. Bütün bu kəşflər insan tarixində lazımlı idi, yoxsa???

Borlaug haqqında 2 fərqli fikir var:

  1. Birinci növ fikirlər elə bu bloqda yazılan tipdir. İnsanlar onun bu etdiklərini alqışlayır və yüz milyonlarca insanın aclığına son qoymasına inanırlar.
  2. Amma ikinci qrupdakılar biraz fərqlidirlər. İnsanlar düşünür ki, Borlaug bu kəşfi edərək daha çox məhsula çatsa da, bir çox problemlərə də çıxmış ola bilər
Əks fikirlər

İnsan çoxluğu – Daha çox insanı doyuzduraraq, daha çox insan dünyaya gəldi. Bu da insan sayısının gözlənilənlərdən daha tez artmasına səbəb oldu. İnsanlıq 2050də 9 milyard olmaq yerinə, 2025də (3 günə 2026 olur:)) artıq 8.2 milyarddır.

Başqa bir problem isə, o, bunları etməklə insanları doyuzdursa da, işçiləri işsiz qoyduğu düşünülür. Qeyd etdiyimiz kimi, o, metodunu gübrələrdən istifadəylə həyata keçirirdi. Borlaug bunu etdikdən sonra bütün buğda sektorunu bir növ yox etdi və kiçik fermerlər orqanik olmayan gübrəyə əlləri çatmadığı üçün bir növ bizneslərini bitirdilər.

Əslində son dediyim problemi bir nümunə ilə də göstərmək olar. Dünyanın bütün toxum satış bazarında sadəcə 2 Amerikan şirkət 60%dən daha çox yer tutduğunu görürük. Bu mövzu da demək olar eynidir. Əgər dövlətlər Borlaug’un metoduyla satış etsələr, şəxsi/kiçik bizneslər batacaq.

Əlavə olaraq bu barədə araşdırarkən medium platformasında çox maraqlı bir fikirlə qarşılaşdım. Deyilirdi ki, “Borlaug anlaya bilməyib ki, çox qida yetişdirmək aclığı tam azaltmaz, əksinə, aclığa səbəb ola bilər.”. Yəni, hər nə qədər məhsul yetişsə də, o məhsul ehtiyac sahibinə çatmasa nə mənası? Hətta Amerikada hər il 60 milyon ton qida ziyan olur (zibilə gedir).

Necə ki, dünyanın ən varlı adamları sadəcə 5% zəkat versələr, dünyada kasıbçılıq qalmaz.

Son bir şeyi də qeyd edim. Hər iki düşüncədə olanlar da Borlaug’u yaxşı, çox savadlı və alim kimi görürlər. Sadəcə bir qrup onun etdiklərinin düzgün idarə edilmədiyini vurğulayır.

Son

Belə… Çalışdığım qədər Internet’dən istifadə edərək Norman Borlaug haqqında bir bloq yazım. Düşünürəm, hələ bu sahədə (kənd təsərrüfatı) daha necə maraqlı mövzular var?))


İstinadlar


Rişad İ.
Rişad İ.

Salam! Mən Rişad İbrahimov. ADA universitetində Kənd Təsərrüfatı (Agriculture Technologies) ixtisasında oxuyuram. Bu platformada ixtisasımla əlaqəli maraqlı bloqlar paylaşıram.
Xoş izləmələr!

Bloq sayı: 26
×