GPM · Qarabağ Regionu

Gənclərin Dayanıqlı
Layihələrdə rolu

Layihə idarəetməsi sahəsində potensiallı gəncləri müəyyən etmək və onların peşəkar inkişafını dəstəkləmək məqsədilə təsis edilmiş mentorluq proqramı.

20İştirakçı
3Mərhələ
GPMEkspertlər
Proqram Haqqında

Niyə bu proqram?

“Gənclərin Dayanıqlı Layihələrdə rolu” – Qarabağ regionunda həyata keçirilən inkişaf təşəbbüslərinə töhfə vermək, layihə idarəetməsi sahəsində potensiallı gəncləri müəyyən etmək və onların peşəkar inkişafını dəstəkləmək məqsədilə təsis edilmiş qısa müddətli inkişaf və mentorluq proqramıdır.

Proqramın əsas məqsədi iştirakçıların intellektual və peşəkar potensialını inkişaf etdirmək, onları real layihə mühitinə hazırlamaq, müasir layihə idarəetməsi və liderlik yanaşmalarını aşılamaq, eyni zamanda perspektivli gəncləri gələcək inkişaf layihələrində iştirak üçün formalaşdırmaqdır.

Proqram çərçivəsində iştirakçılar təcrübəli GPM (Green Project Management) ekspertləri ilə birbaşa işləmək imkanı əldə edərək layihələrin planlaşdırılması, idarə olunması və tətbiqi üzrə praktiki biliklər qazanacaqlar.

🎯

Məqsəd

İntelektual və peşəkar potensialı inkişaf etdirmək, real layihə mühitinə hazırlamaq.

🤝

Mentorluq

GPM ekspertləri ilə birbaşa işləmək — planlaşdırma və idarəetmə üzrə praktiki biliklər.

🌿

Region Fokus

Qarabağ regionunun inkişaf prioritetlərinə töhfə vermək üçün hazırlanmış proqram.

🚀

Gələcək İmkanlar

Perspektivli iştirakçılar üçün gələcək layihələrdə iştirak və kadr ehtiyatı imkanları.

Proqramın Strukturu

Proqramın mərhələləri

Proqram müasir və interaktiv mentorluq formatında üç ardıcıl mərhələdə həyata keçirilir.

1
Seçim mərhələsi — Qiymətləndirmə

Bu mərhələdə iştirakçıların fərdi potensialı və inkişaf perspektivi təqdim etdikləri motivasiya məktubu əsasında qiymətləndiriləcəkdir. Namizədlərin layihə idarəetməsi sahəsinə marağı, Qarabağ regionunun inkişaf prioritetlərinə dair yanaşmaları, analitik düşüncə qabiliyyəti və liderlik potensialı xüsusi meyarlar çərçivəsində nəzərdən keçiriləcəkdir.

Motivasiya məktublarında iştirakçıların məqsədləri, proqramdan gözləntiləri və regionun inkişafına hansı töhfəni verə biləcəkləri əsas qiymətləndirmə kriteriyaları kimi çıxış edəcəkdir. Yalnız yüksək potensial nümayiş etdirən namizədlər növbəti mərhələyə vəsiqə qazanacaqlar.

Motivasiya məktubu Analitik düşüncə Liderlik potensialı
2
Mentorluq və İnkişaf mərhələsi

Seçilmiş iştirakçılar Xankəndi şəhərində keçiriləcək proqram çərçivəsində təcrübəli GPM ekspertləri ilə fərdi mentorluq prosesinə cəlb olunacaqlar. Bu mərhələdə iştirakçılar layihə idarəetməsi üzrə müasir yanaşmaları öyrənməklə yanaşı, əldə etdikləri bilikləri praktiki tapşırıqlar və real inkişaf ssenariləri üzərində tətbiq edəcəklər.

Mentorluq prosesi çərçivəsində layihələrin planlaşdırılması, resursların effektiv idarə olunması, risklərin qiymətləndirilməsi və strateji qərarvermə kimi əsas bacarıqlar inkişaf etdiriləcəkdir.

Xankəndi GPM ekspertlər Praktiki tapşırıqlar Strateji qərarvermə
3
Yekun Qiymətləndirmə mərhələsi

Proqramın yekun mərhələsində iştirakçıların mentorluq müddəti ərzində göstərdikləri inkişaf səviyyəsi, aktivliyi və əldə etdikləri bilik və bacarıqlar kompleks şəkildə qiymətləndiriləcəkdir.

Qiymətləndirmə zamanı iştirakçıların liderlik yanaşması, problem həll etmə bacarığı və layihə düşüncə tərzi əsas meyarlar kimi nəzərə alınacaqdır. Ən yüksək nəticə göstərən iştirakçılar proqramın fərqlənən üzvləri kimi müəyyən ediləcək və gələcəkdə Qarabağ regionunda həyata keçiriləcək layihələrdə iştirak imkanları ilə dəstəklənəcəklər.

İnkişaf dinamikası Liderlik Problem həll etmə
İştirakçılar üçün

İştirakçılar nə əldə edəcək?

Proqram iştirakçıları peşəkar inkişaf, praktiki biliklər və gələcək fürsətlər əldə edəcəklər.

📜

Sertifikatlar

Layihə idarəetməsi üzrə beynəlxalq standartlara uyğun sertifikatlar.

🧑‍🏫

Peşəkar Mentorluq

Sahə üzrə təcrübəli GPM ekspertlərindən fərdi mentorluq dəstəyi.

🛠️

Praktiki Biliklər

Real layihə mühitinə hazırlıq, praktiki tapşırıqlar və tətbiqi bacarıqlar.

🌱

Kadr Ehtiyatı

Perspektivli iştirakçılar üçün gələcək layihələrdə iştirak imkanları.

Zəhmət olmasa cavablayın.
Zəhmət olmasa cavablayın.
This field is required.
Ətraflı izah və nümunə üçün aşağı sürüşdürün!
Zəhmət olmasa cavablayın.
Müraciət

Gələcəyin liderlərini bu gündən formalaşdır!

Proqramda iştirak etmək istəyən gənclər açıq elan əsasında motivasiya məktubu təqdim etməklə seçim mərhələsinə müraciət edə bilərlər.

20
Proqram çərçivəsində 20 nəfər gənc iştirakçı
seçiləcəkdir.
×