Qida Təhlükəsizliyi nədir? Nümunələrlə izahı

Qida təhlükəsizliyi 2 hissədən ibarətdir. Amma bizim dilimizdə hər ikisi də eyni sözlə ifadə olunur – təhlükəsizlik. İngilis dilində isə belədir: food security, and food safety. İlk öncə ələ alacağımız mövzu “food security“dir.
1900cü illərdə qida təhlükəsizliyi bir termin ilə ifadə olunurdu: “Qida təhlükəsizliyi kifayət qədər qidaya çıxış deməkdir.” Amma bir müddət sonra bu termin dəyişildi və yerinə aşağıdakı seçildi:
Qida təhlükəsizliyi, bütün insanların sağlam həyat tərzində qida ehtiyaclarını ödəmək üçün kifayət qədər, təhlükəsiz və nutrientli qidaya çıxışıdır.
Bəli, fikir verdizsə, bu termin əslində əvvəlkinin genişləndirilmiş versiyasıdır. Kiçik bir nəzə yetirsək bilərik ki, burada bildirilər qidanın yalnız kifayət qədər olması deyil, həmçinin nutrientli və təhlükəsiz olması da vacibdir.
Bu terminlərin hər biri FAO yəni, Dünya Qida Konfransı (World Food Conference) tərəfindən yazılıb. İlki 1974, ikincisi 1996cı illərdə.
Qida Təhlükəsizliyi pillələri
Qida Təhlükəsizliyi 4 pillədən ibarətdir. Onların hər birinin öz gördükləri işlər var. Bura bayaq dediyimiz termindəki xüsusiyyətlər daxildir:
- Mövcudluq (Availability)
- Əlçatanlıq (Access)
- Sabitlik (Stability)
- İstifadə (Utilization)

Mövcudluq (Availability)
Qida mövcudluğu bir çox meyardan ibarətdir. Onlardan:
Yerli istehsal – Ölkə daxilində insanların ehtiyaclarını ödəyəcək qədər qidanın hazırlanması,
İdxal gücü – Ölkədə kifayət qədər qida olmayanda, xaricdən qida almaq imkanının olması,
Qida ehtiyatları – Çatışmamazlıqlar, fövqəladə hallarda dövlətlər, marketlər tərəfindən saxlanılmış qida ehtiyatı (bir sözlə, “zapaz” qida)
Qida yardımı – İnsanların kifayət qədər qidaya əli çatmayanda onlara qida verilməsi. Bu qida dövlətdən, beynəlxalq və ya humanitar (yardım) təşkilatlardan gələ bilər.
Əlçatanlıq (Access)
Qidaya əlçatanlıq sadəcə 2 meyardan ibarətdir:
Alıcılıq gücü – insanların nutrientli, sağlam qida ala biləcək finansal imkanlarının olması.
Bazar infrastrukturu – qida məhsullarının istehsalçılardan istehlakçılara səmərəli şəkildə paylanmasına imkan verən sistemlər.
Stabillik (Stability)
Qidanın stabilliyi də bir neçə meyardan ibarətdir:
Hava dəyişkənliyi – bir öncəki bloqumda iqlim dəyişikliyi haqqında yazmışdım. Elə bu ona aiddir. Havada olan istiləşmə, dəyişkənlik və s. bitkilərə təsir göstərir.
Qiymət dəyişkənliyi – qida qiymətlərinin sürətli dəyişməsi.
Siyasi amillər – qida mövcudluğuna və paylanmasına təsir edən hökumət tədbirləri.
İstifadə (Utilization)
Son olaraq da, qidadan istifadə gəlir.
İlk olaraq burada qidanın keyfiyyəti və müxtəlifliliyi nəzərə alınır. Elə adından da göründüyü kimi, daha keyfiyyətli və daha müxtəlif qida.
Maraqlısı odur ki, qidadan istifadəsinin içərisində elə qida təhlükəsizliyi də var. Amma bu qida təhlükəsizliyi, başda da dediyimiz kimi, “food safety”dir.
Qida Təhlükəsizliyi (Food Safety) nədir?

Qida təhlükəsizliyi (food safety) qidada qidanı təhlükəli edən çirkləndiricilərin, toksinlərin olmamasıdır. Yəni, qida yolu ilə keçən xəstəliklərdən qorunmaq. Burada qidanın yığılarkən istifadə olunan prosesi, hazırlanması, saxlanması və çatdırılması daxildir.
Qida çirklənməsinin səbəbi adətən fiziki, kimyəvi, bioloji və mikrobioloji əməliyyatlardandır.
Hər birinə bir neçə misal versək:
- Qidanın prosesi və ya təslimatı zamanı içərisinə qarışa biləcək cismlər (fiziki),
- kiçik təmizlik əşyaları (fiziki),
- yuyucu vasitə (kimyəvi),
- pestisidlər (kimyəvi),
- qidanı zəhərləndirəcək həşəratlar (bioloji),
- qida üzərində işləyərkən keçə biləcək bakteriyalar, viruslar, parazitlər (mikrobioloji).
Qida təhlükəsizliyinin (Food Safety) digərinə (Food Security) təsiri
Vaxtında safety və security sözlərini fərqli tərcümə etsəydilər, bəlkə də bu bloq belə uzun olmazdı…
Food safety düzgün idarə edildikdə, qida itkisi azalır, qida mövcudluğu, sabitliyi və istifadəsi artır. Həmçinin qida nutrienti və ictimai sağlamlıq yaxşılaşır.
Qida təhlükəsizliyinə (Food Security) təsir göstərən əsas faktorlar
Əhali artımı: Qlobal əhali sayın çox böyük bir şəkildə artıb və 2050ci ilə kimi əhali sayı təxmini 9.7 milyard olacağı deyilir.
Günümüzdə təxmini 783 milyon insan aclıqla üz-üzədir. Və araşdırmalar göstərir ki, 2030 ilə 600 milyon insan ailələrini yedizdirməkdə çətinlik çəkəcək.
A vitamini, dəmir və yod çatışmazlığı dünyada qidalanma pozğunluğuna səbəb olan ən böyük 3 çatışmazlıqdır.
İqlim dəyişikliyi: Başqa sözlə temperaturun dəyişməsi, havanın qurulaşması, daşqınlar və sair qida ərazilərini dağıda, məhv edə bilər. Bu barədə daha ətraflı bu bloqda oxuya bilərsiniz.
Qiymət artımı: qiymət dəyişkənliyi ölkənin ərzaq təhlükəsizliyində böyük zəifliklər yarada bilər.
Bura qədər hər iki qida təhlükəsizliyinin nə olduğunu bildik. İndi isə maraqlı bir fakt verərək bitirə bilərik.
2022-ci ildə Qlobal Qida Təhlükəsizliyi İndeksi üçün İndeks Balları
GFSI, başqa dillə desək, Qlobal Qida Təhlükəsizliyi İndeksi 2022ci ildə apardığı araşdırmalarda dünya ölkələrinə bir növ imtahan balı verib. Yəni, hər bir ölkənin qida təhlükəsizliyinin dəyərini ölçüblər.
Azərbaycan bu sırada 66cı yer ola bilib. Həmçinin Türkiyə 49, Rusiya 43cü yer.
Birinci yer isə Finlandiya olub.

Nəticə
Sonda deyə bilərik ki, qida təhlükəsizliyinin 2 növü var (security and safety). Safety security‘nin alt təbəqəsindədir.
Qida təhlükəsizliyi (Food Security) – qidanın mövcudluğunu, əlçatanlığını, sabitliyini və istifadəsini təmin edərək kifayət qədər nutrientli qidaya sahib olmaqdır.
Qida təhlükəsizliyi (Food Safety) – qidanın gigiyena, düzgün idarəetmə, hazırlıq və saxlanma vasitəsilə çirklənmədən qorunması və bununla da təhlükəli qidalardan yaranan xəstəliklərin qarşısının alınması deməkdir.
