Veysəloğlu Şirkətlər Qrupu ADA Universitetində – Aydın Talıbov

Dünən, 20 fevral tarixində ADA universitetində “Senior Talks” tərəfindən Aydın Talıbovun çox məlumatlandırıcı bir çıxışı oldu. Aydın Talıbov Veysəloğlu Ş.Q.nın CEOsudur. O, çıxışı zamanı bu şirkəti sadəcə 300$la başlayan biri olaraq necə bugün 2 milyard dollara çatdırdığını biz, ADA tələbələriylə bölüşdü.

Bu görüş zamanı Aydın müəllim daha çox bu yola necə başladığını, hansı çətinliklərlə üzləşdiyini, bu çətinliklərə qarşı nə etdiyini, öz komandasıyla necə rəftar etdiyini, şirkətindəki rolunu, necə Araz marketlərini indiki vəziyyətə gətirdiyini və sairə qeyd etdi. Amma biz gənclər üçün ən önəmli olan onun verdiyi bir cümləlik məsləhətlər idi. O məsləhətlərdən ən sevdiklərim bunlar oldu:

  • “Bax gör Allah səni nə olaraq yaradıb, onu tap, onun üçün mübarizə et.” Aydın müəllim bu ifadəni bir neçə dəfə işlətdi. Qeyd edirdi ki, əgər sən bir CEO olaraq yaradılıbsansa elə o yolu get, bir HR olaraq yaradılıbsansa onu get və sair.
  • Kişi bir sənəti bilər xalis, Çoxuna meyl edən qalar naqis.” Görüş boyu təxmini 4-5 dəfə bu ifadəni işlədildi. Həqiqətən mənasını düşünən də necə dərin olduğunu anladım. Özü də qeyd etdi ki, “Həmin vaxtlar bir sənət seçməli idim. Mən də şokalat sənətini seçdim.” Elə mənim sualım da bu ifadədən yarandı.

Mənim sualım o idi ki, “Siz dediz bir sənəti öyrənmək yaxşıdır. Bəs bu bir sənəti öyrənmək müəyyən bir resursa sahib olduqdan sonra başlayır, yoxsa elə ən əvvəldən.”

O cavabında qeyd etdi ki, “Sən həyatda həmişə özünün hansı sənət üçün olduğunu tapmalısan, onu tapana kimi də axtarmalısan. Mən İnşaat İnstitutunda oxudum, sonra o sahədə işlədim, amma özümü başqa yerdə tapdım.” Bu cavab məni çox qanə etdi. Hətta çıxışda məndən “Sənin öz biznesin var?” soruşdu.


Rişad İ.
Rişad İ.

Salam! Mən Rişad İbrahimov. ADA universitetində Kənd Təsərrüfatı (Agriculture Technologies) ixtisasında oxuyuram. Bu platformada ixtisasımla əlaqəli maraqlı bloqlar paylaşıram.
Xoş izləmələr!

Bloq sayı: 37
×