85 Yaşlı Fermer – Qax

01 Jun, 2026 ·
85 Yaşlı Fermer – Qax

Bu yaxınlarda Qax rayonunda çox maraqlı bir tədbirə getmişdim. Qurban bayramına özəl ehtiyac sahibi uşaqlara hədiyyələr paylanırdı və əyləncəli oyunlar keçirilirdi.

Amma mövzu bu deyil. Tədbirdən sonra Qaxda qalan bir dosdum məni onlarda qalmağa dəvət etdi, mən də təbii ki qaldım və 2 gün Qaxı çoxlu gəzdim.

Deməli, bu dosdumun babasının 85 yaşı var. Onların evinə daxil olanda 2-3 sotluq bir torpaqda fərqli-fərqli ağacların, bitkilərin əkildiyini gördüm və çox bəyəndim. Bütün məhsullar sanki böyük sahədəki kimi əkilmiş, qalan boş yerlərdə isə güllər var idi. Maraqlısı odur ki, bütün bunları 85 yaşlı babası edib və hələ də edir.

Daha maraqlısı odur ki, tək bura yox, bundan başqa fərqli evlərinin həyətlərində də özü təkcə əkin edir. Heçbir işçi olmadan.

Babasıyla danışanda hiss etdim ki, aqronomluğu çox sevir. Mənim də sevdiyimi görəndə, bir növ sevindi o da.

Aşağıda bağlardan çəkdiyim şəkilləri qoyacam, xoş izləmələr!

Qax haqqında da çox qısa danışsam, deyərdim ki, çoox sevdim. Şəlaləyə qalxdıq, İlisu tərəfə getdik və şəhəriçini dəfələrlə gəzdik. Qaxda olan yeməklərin dadına da baxdım: maxara, sürhüllü, qırs.


Bloqlardan tez xəbərdar olmaq üçün qoşula bilərsiniz!