Azərbaycan Qida Təhlükəsizliyi İnstitu – ADA ilə gəzinti

25 May, 2026 ·
Azərbaycan Qida Təhlükəsizliyi İnstitu – ADA ilə gəzinti

Protein tozundan meyvəyə qədər məhsulların təhlükəsizliyini yoxlayan məkan!

Bugün ADA Universiteti ilə birlikdə AQTİdə olduq. Deməli AQTİ Azərbaycanda satılan, yetişən, idxal/ixrac olan məhsulları yoxlayan bir neçə laboratoriyadan ibarətdir.

Bizim də getməyimizdə səbəb bu laboratoriyalarda olan prosesləri ümumi olaraq görməyimiz idi. Düzü, mənim sahəm tam olaraq bu olmasa da, biraz bildiklərim var idi və orada onlara rast gəldim.

Fərqli işlər görülən laborotoriyalar var idi. Misal, bir növ laboratoriyada Azərbaycana gətirilən və burada istehsal olan məhsulların (supermarketdə gördüyünüz məşhur brendlər) üzərində yazanla içinin uyğunluğu yoxlanırdı. Başqasında qida əlavələri (kreatin, protein tozu, qida əlavələri (hap formasında) yoxlanırdı. Bir digəri heyvandarlıqla əlaqəli idi.

Kreatin olan otağa girəndə nəsə çox sual verməyim gəldi. Çünki hələ də maraqlıdır ki, bu məhsullar ziyandırmı?

Bir laboratoriyada isə bizə nümunə olaraq əriklər göstərdilər. Burada əriklərin üzərində işlər gedirdi. Ən maraqlısı da o idi ki, gizliliyin qorunması üçün bir neçə koddan başqa məlumat qeyd olunmurdu.

Bu arada, bura yalnız seçilmiş tələbələr aparılırdı. Məni seçdiyi üçün müəlliməmə də təşəkkürlər. Məncə o da oxuyur bu yazını :))

Belə, şəkil çəkdirməyə icazə vermədikləri üçün şəkillər yoxdur, amma ümumilikdə çox maraqlı keçdi.


×