Botanika nədir? | Ümumi izahı

16 Sep, 2026 ·
Botanika nədir? | Ümumi izahı

Botanikanın nə olduğunu anlamaq üçün əvvəlcə 2 maraqlı fakta baxaq. Birincisi, botanika “botane”, yunan sözündən gəlir və “ot” deməkdir. İkincisi, bir insan botanika ilə məşğuldursa, ona botanik (və ya nəbatatşünas) deyilir.

Botanikanın tərifi belədir: “botanika bitkilərin öyrənilməsi ilə məşğul olan biologiyanın bir qoludur.“

Gəlin əvvəlcə, “biologiyanın bir qoludur.” hissəsini anlayaq. Biologiya çox geniş bir sahədir və içərisində fiziologiya, anatomiya, ekologiya, zoologiya, mikrobiologiya kimi geniş qolları var. Bu qollardan biri də, botanikadır.

Tərifin birinci hissəsindən də məlumdur ki, botanika bitkilərin öyrənilməsi ilə məşğul bir qoldur. Yəni, bitkilərin:

  • fiziologiyası (bitkilərin xarici görünüşünün inkişafı, böyüməsi),
  • morfologiyası və anatomiyası (strukturu, misal yarpaqların quruluşu, hər bitkinin fərqli olması),
  • taksonomiya və sistematikası (adlandırılması, qruplara (siniflərə) bölünməsi)
  • genetikasi və yetişdirilməsi
  • ekologiyası (ətraf mühit ilə əlaqəsi)

ilə məşğuldur.

Botanika sahəsinin qurucusu olaraq tərif edilən şəxs isə, qədim yunan alimi, Teofrastdır (Theophrastus). Azərbaycanlı məşhur alimlərindən isə, Validə Tutayuq (1914-1980), Aleksandr Qrossheym (1888-1948) sadalamaq olar.

Həmçinin, keçmişdə insanlar düşünürlərmiş ki, botanika bitkilərlə yanaşı, bitki oxşarı orqanizmləri də özündə cəm edir. Misal, göbələk, yosunlar, mamırlar və s. Lakin, zamanla bunun yanlış olduğu və bu bitki oxşarı orqanizmlərin başqa krallıqlara aid ediblər. Belə ki, toplam 5 krallıq mövcuddur:

  • Heyvanlar – buraya məməlilər, quşlar, sürünənlər və s. daxildir
  • Bitkilər – buraya ağaclar, kollar, sarmaşıqlar və s. daxildir.
  • Göbələklər
  • Protista
  • Monera – buraya bakterilər, mavi-yaşıl yosunlar daxildir.

Belə, bu qədər!

https://www.youtube.com/watch?v=Lse7Z8QDDUU


Bloqlardan tez xəbərdar olmaq üçün qoşula bilərsiniz!