Rayon camaatı niyə bu gündədir?
Rayona gələndən hər yerdə gördüyüm bir şey haqqında tez bazar danışmaq istəyirəm. Deməli Fizuli doktor (Fizuli Hüseynov) tut haqqında çəkdiyi videosuna başlayanda təxmini belə deyir: “Tut haqqında hər dəfə danışanda ürəyim ağrıyır. İstər Bakıda istər rayonlarda görürsüz ki, tut yetişib və məhv olub gedir. Nadir hallarda kimsə yığır.”
Rayonda hara baxıram meyvə ağacları var. İnsanlar sanki bağbancasına keçmişdə meyvə ağacları əkiblər. İndi də vəziyyət o yerə gəlib ki, birinin də “axotu” yoxdu bu meyvələri yığmağa.
5-6 il əvvəl babam həmişə deyirdi ki, get meyvələrdən biraz yığ yeyək, amma mən heç vecləmirdim. Bugünlərdə rayona gəldim və komputerdə “işləmək” yerinə dedim gedim görüm babamın dediyi bu meyvələr nə olan şeydi.
Bağa addım atanda şok oldum. Bəlkə 10 kilodan çox alma yerdə çürüməyə həlak olub gedirdi. Armudlar yerdə can verirdi. Amma şükür ki, ağacda da bol-bol meyvə var idi. Elə çox gözləməyib 5-10 dəqiqəyə bolca yığdım. Day bilmirəm neçə kilo oldu. Gilasın sezonu bitdi deyə, hamısı çürüyüb qalmışdı. Şəkillərdə sadəcə hər meyvənin 1 ağacını göstərmişəm.
Belə olanda ağlıma gəlir ki, biz bizə verilən kiçik nemətlərin qədrini bilmirik deyə, böyük nemətlərdən məhrum oluruq. Belə mən özüm də birinci səfər qədrini bildim bu ağacların. Amma görəsən hamı diqqət yetirsə nə olar?





