Ting MMC

26 May, 2026 ·
Ting MMC

Bugün Qax rayonu haqqında biraz araşdırarkən, qarşıma kənd təsərrüfatında “tingçilik” çıxdı. Sonra mövzudan çıxıb tingçiliyi araşdıranda qarşıma Ting MMC adlı bir şirkət çıxdı və çox bəyəndim.

Deməli bu şirkətin etdiyi 4 fərqli iş var: meyvə tingləri satırlar, bağ qururlar, bağlarda aqro-texniki işlər görürlər və damlama-suvarma sistemləri satırlar.

Amma mənə daha maraqlı gələn Məhəmməd bəyin fərqli əkin sahələrini gəzib aqranomlara düzgün budama etməyi izah etməsi idi. Instagramda paylaşdığı videoları izlədim və məncə çox informativdir. Qısa və konkret şəkildə budamanı edir.

Misal aşağıda linkini qoyduğum videoda, budağa taekwondo (teykvando) hərəkəti edir və izahını verir. Anladığım qədəriylə bunu edərək həm ağacı genişləndirir, həm də budaqların bir-birinin altında qalmasındansa, fərqli hissələrdə durub günəşdən tam yararlanmasıdır.

https://www.instagram.com/p/DYrpOgMial1

Bir digər videoda da bir ağaca budama edir və izahını verir. Fikir verdim ki, adətən bir budağı əsas budaq olaraq adlandırıb, digərlərini isə ondan daha qısa saxlayır.

https://www.instagram.com/tingmmc

Daha maraqlısı isə videoları editləyən şəxsdir. Fərqli musiqilərlə maraqlı atmosfer tutur))


Bloqlardan tez xəbərdar olmaq üçün qoşula bilərsiniz!