Torpaq Seçərkən Veriləcək Suallar
Hər birimizin torpaqla etmək istədiyimiz şeylər fərqli olduğundan, torpaq alarkən həm özümüzə, həm satıcıya, həm də ekspertlərə xüsusi suallar verməliyik. Elə gəlin bu yazıda hansı suallara cavab taparaq bizə uyğun olan torpağı necə tapa biləcəyimizə baxaq.
Öz hədəflərimiz
Torpaq sahəsi alarkən ilk bilməli olduğumuz şey öz hədəflərimizdir. Hər alıcının məqsədi eyni olmaya bilər. Kimisi heyvandarlıq, kimisi bitkiçilik, kimisi ev tikmək və sairə məqsədli ala bilər. Suallar:
- Artıq sahə sahibi olan və sahəsini böyütmək istəyən bir fermersiz, yoxsa ilk sahənizdir?
- Sahəni almaqda məqsədiniz investisiyadır?
- Sahəni özünüz idarə edəcək, yoxsa kirayə verəcəksiniz?
Bu tip bir neçə sualla öz hədəfimizi müəyyən etdikdən sonra, əsas məsələlərə keçə bilərik.
Onlayn araşdırma
Torpaq sahəsini, təbii ki də, öz gözlərimizlə görüb sonra almalıyıq. Amma yaxşı olar ki, vergi, coğrafi məlumatlar kimi onlayn resurslara da nəzər yetirək. Aşağıdakı sualları verərək internetdən bir çox məlumat əldə edə bilərsiniz:
- Sahənin hal-hazırda qiymətləndirilən dəyəri nə qədərdir?
- Dəyərləndirən tərəf bölgələri necə sinifləndirib? (bitki üçün neçə sot, otlaq üçün, tullantı üçün və s.)
- Sahənin keçmiş vergi tarixi nə yerdədir?
- İlin neçə faizi yağışlı keçir? İqlim necədir?
- Yaxın ərazilərdə, indilərdə satılmış sahələr varmı? Varsa sotu/hektarı neçəyə satılıb?
Bu tip məlumatlar ölkənin rəsmi vebsaytlarından və ya sorğu-sual ilə tapıla bilər.
Yerli Mütəxəssislərlə Əlaqə
Yerli mütəxəssislər bazarı tanıdığından, həmin bölgənin tarixini yaxşı bildiyindən, digər sahələrlə müqayisə edə bildiklərinə görə bizə bir çox mövzuda kömək edə bilərlər:
- Sahənin əkin üçün yararlı hissəsi (neçə sot/hektar?)
- Torpaq növləri və qiymətləndirmələrinin xəritəsi
- Torpağın münbitliyi
- Su və mineral qaydaları
- Maşın yoluna, dəmir yoluna, və ya bastırılmış təbii qaz xətlərinə əlçatanlıq
- Tarixi məlumatlar
- Kafel və sahə drenaj xəritələri (su xəritəsi)
Həmçinin, nə kimi yeniliklər edilə biləcəyini və o yeniliklərin hazırki vəziyyətini də soruşa bilərik.
Pivot (suvarma) sistemli əkin sahəsi üçün suallar:
- Quyu neçə illikdir?
- Nasos heç çəkilibmi?
- Pivot sistemi satıcıya yoxsa hazırki kirayəçiyə məxsusdur?
- Pivotun vəziyyəti necədir?
- Güc bloku dizel, natural qaz, yoxsa elektrikdir?
- Yaxınlıqda kanal suyu varmı?
- İllik xərci nə qədərdir?
Sahə almaq, digər alışlar kimi, xüsusi diqqət istəyən bir alış-verişdir. Yuxarıdaki suallara cavab verərək alacağımız sahənin bizə uyğunluğunu böyük bir şəkildə müəyyən edə bilərik. Amma təbii ki də, hər birimizin hədəflərimiz fərqləndiyindən, suallarda da fərqlilik və ya əlavələr ola bilər. Önəmli olan o sahədə insanlara və təbiətə dəyər qatacaq məhsullar yetişdirməkdir.
Mənbə: https://www.fcsamerica.com/resources/learning-center/how-to-evaluate-farmland-checklist