WUF13’də İkinci Gün

Dünən WUF13’ün ikinci günündə də iştirak etdim. Bu səfər isə həm yenidən Urban EXPOnu gəzdim, həm də fərqli tədbirlərə qoşuldum.

İlk olaraq səhər 9:30da bir çox tədbir var idi, mən də birinə getdim. Dialoq formatında fərqli speakerlər var idi və şəhərsalmadan danışırdılar. Biraz tez getdiyimdən dedim iştirakçılarla söhbət edim. İlk olaraq gedib Hindistanlı kamera idarə edənlərlə danışdım. Kameralardan biraz bildiyim üçün, mənə təklif etdilər o “böyük” və çox qarma-qarışıq kameraları yoxlayım. Düzü, ilk dəfə idi ki elə böyük kamera idarə etdim, çox maraqlı idi. Sonra bəzi xaricilərlə də oturub söhbətləşdik. Tədbir də nə möhtəşəm, nə də pis idi. Amma orda tərcümə edən aparatlardan fərqli dillərdə qulaq asırdım. Ən azından həyatımda bir dəfə o aparatlardan yoxladım!

Yadınızdadırsa demişdim ki, Urban Exponu hər gəzəndə yeni bir məlumat öyrənirəm. Elə bu səfər də eynisi oldu. Dedim girim bir dəfə də gəzim. Gəzərkəndə COP31 Türkiye’ni gördüm. Könüllülük proqramları var idi, mən də dedim keçim qeydiyyatdan. Qəbul olaram, inşallah, amma aldığım məlumata görə artıq yerlər dolurmuş…

Sonda da başqa bir tədbirə qoşuldum. Düzü tədbirin nə olduğundan heçbir fikrim yox idi, amma spiker o qədər maraqlı izah edirdi ki, həm mövzu, həm də tədbir çox xoşuma gəldi. Deməli tədbir vaxtı səhnəyə Estoniyalı çıxanda, nəsə onların musiqisindən qoyub, hamını oynadırdı. Görəndə ki, artıq hamı yuxulayır, necəsə bir yolunu tapıb yenidən hamını oyadırdı. Tədbirin məqsədi isə Estoniya, Litva və Latviya’da şəhərsalma idi, adları isə “Mad City”.

Belə, bu qədər. 3cü gündə yenidən görüşərik!


Rişad İ.
Rişad İ.

Salam! Mən Rişad İbrahimov. ADA universitetində Kənd Təsərrüfatı (Agriculture Technologies) ixtisasında oxuyuram. Bu platformada ixtisasımla əlaqəli maraqlı bloqlar paylaşıram.
Xoş izləmələr!

Bloq sayı: 54
×