Xankəndi – Qarabağ Universitetində Tədbir

İlk dəfə Qarabağı gördüm və Qarabağ universitetində maraqlı tədbirdə oldum 🙂

8 mayda Xankəndində PMO.az və Qarabağ universiteti tərəfindən WUF13 təşkilatıyla maraqlı bir tədbir keçirildi. PMO.az da əməkdaş olduğumdan, bu tədbirə mən də dəvətli idim. Tədbir əsasən Qarabağ universitetində oxuyan tələbələrə dayanıqlı layihələrin idarə olunmasını oyunlarla öyrətmək məqsədli idi.

Sonda oynadıqları Sea Wolf oyunu çox maraqlı idi. Bir növ monopoly idi, amma qrup üzvləri bir birinə rəqib deyil, komanda yoldaşı idilər və layihə idarə edirdilər. Toplam 10 qrup, təxmini 80 tələbə var idi. Mən isə 2 qrupun eksperti idim. Yəni, oyunu izah edib, onlarla birgə oynayırdım. Düzü, ekspert deməzdim, çünki oyun zamanı mən də onlarla həyəcanlanıb, əylənirdim.

Ümumilikdə hərşey əla idi. Çoxlu tanışlıq edindim. Hələ yaxınlaşıb deyirdilər ki: “Nömrəni ver, gələn dəfə gələndə qonağımızsan”.

Qarabağ haqqında danışsam, mən çox bəyəndim. Hələ Şuşanın dağları çox maraqlı idi. Bir küçəyə yağış yağanda, digərinə yağmırdı. Allah yaradıb da:)) Yaşıllıqlar və gəzməli yerlər bolca idi. Hələ muzeyləri demirəm, düzü çox maraqlanmadım amma maraqlı idi.

Aşağıya universitetdə və gəzdiyim yerlərdə çəkdiyim maraqlı şəkillərdən qoyacam, xoş izləmələr!

Responsive Image Gallery

Rişad İ.
Rişad İ.

Salam! Mən Rişad İbrahimov. ADA universitetində Kənd Təsərrüfatı (Agriculture Technologies) ixtisasında oxuyuram. Bu platformada ixtisasımla əlaqəli maraqlı bloqlar paylaşıram.
Xoş izləmələr!

Bloq sayı: 50
×