Azərbaycan Balıq Ferması – ADA ilə Gəzinti – Fotolar

Dünən (21 aprel) ADA universitetində Azərbaycan Balıq Fermasına (Azerbaijan Fish Farm) çox maraqlı bir gəzintimiz oldu. Deməli, əslində, bu gəzinti Heyvan Elmləri oxuyan tələbələr üçün idi. Amma dedim elə getmişkən, qoşulub mən də gedim.
2 saat yarım yoldan sonra, Neftçalaya çatdıq. Başlarda qıraqdan sadə bina kimi görünən yerdə, sən demə neçə 100 kiloluq nərə balıqlar saxlanılırmış.
Deməli ilk olaraq, Elşad bəy (o da ADA tələbəsi imiş) bizə balıqlar və heyvan elmi barədə çay süfrəsində biraz söhbət etdi və suallarımızı cavabladı. Sonra getdik əsas məsələni görməyə, amma ondan öncə kiçik bir söhbətimiz və təqdimat da oldu. Elşad bəy bizə ferma haqqında danışdı və balıqlar üçün olan texnikalardan göstərdi.
Daha sonra artıq o nəhəng nərə balıqlarını görməyə getdik. Deməli 5 günlükdən tutmuş, təxmini 10 illik olanlara qədər cürbəcür nərə balığı var idi. Sözün açığı birinci səfər idi görürdüm nərə balığı və deyərdim ki, çox gözəl surətdə yaradılıb. Balıqlar təxmini radiusu 3 metr olan dairəvi akvariumlarda saxlanırdı. (Sözün açığı, mənə elə gəlir bu tam da düzgün metod deyil. Amma bunun haqqında “The Dorito Effect” seriyamızın 2ci bölümündə (yaxınlarda) danışacam. Birinci bölümün linkini aşağıya qoydum). Sonra yenə də texnologiyalara da göz gəzdirdik.
Dorito’s Teması – The Doritos Effect #1
Sonda isə artıq dəniz kənarı olan akvariumlara getdik. Bura da həqiqətən maraqlı idi. Düzü balıqları çox görmədik, amma gördüklərimiz çox maraqlı gəldi mənə. Hətta bir şeyi çox da anlamadım ki, niyə buradakı balıqlar sürtünərək üzürdülər. (Təəssüfki, balıqların şəkillərini paylaşmağa icazəmiz yoxdur)
