Babamın Bağı – Meyvə Ağacları
Dünən Şəmkirə bir müddət qalmaq üçün gəldim və ilk gündən bir şeyi anladım. 12 yaşıma qədər Şəmkirdə yaşasam da, kənd təsərrüfatını öyrənməyə başladıqdan sonra, Şəmkirdə olan bir çox şeyə tamamilə fərqli baxış açısından baxıram.
Misal, bugünün mövzusu olan babamın bağıdır. Uşaqlıqdan bu bağı görsəm də, həvəslə girib nəsə öyrəndiyimi və ya keçmişdə aqronom olan babama nəsə bir sual verdiyimi xatırlamıram. Amma dünən, sadəcə bir neçə saatda həqiqətən çox dəyərli məlumatlar aldım və bu bağa bir aqronom gözü ilə baxdım. İndi isə, bağda olan o gözəl ağacları və məhsullarını sizlə bölüşəcəm!
Gilas ağacları
Bağa ayaq atdıqdan sonra, hər yandan qıpqırmızı parıltı gəlirdi. Sözün açığı, elə bilirdim sadəcə 1 gilas ağacımız var. Sən demə, 3-4 dənə imiş.






Babamın dediyinə görə, gilaslar 10 günə tam dəyəcək)) Onda da bəlkə bir-iki şəkil gələr.
Qoz, Fındıq Ağacları
Bağda elə təximini gilas ağacı sayında da qoz fındıq ağacı var. Düzü, tam yetişməsə də, babam deyir az qalıb yetişməyinə.





Armud ağacı
Bir dənə də armud ağacı var idi və çox bərəkətli gətirmişdi.

Əslində, bunlardan başqa başqa ağaclar da var idi: alma, alça, ərik və s. Sadəcə onlar hələ yetişmədiyindən, şəkillərini çəkmədim. Bir gün onlar da yetişənədək, sağolun :))
Babamın bağını gördüzsə. dosdumun babasının da Qaxda olan bağına baxın: https://techagro.az/85-yasli-fermer-qax/