Təchizat (Supply) – Kənd Təsərrüfatında (süd ilə izah)
Əvvəlki yazıda kənd təsərrüfatında tələb haqqında danışdığımıza görə, bu yazıda artıq təchizatdan danışa bilərik.
Təchizat – Hər hansı təşkilat və ya əhalinin maddi ehtiyaclarını təmin etmək üçün lazım olan şeylərin, avadanlıq və s.-nin məcmusu (istehsalı).
Gəlin təchizatı süd istehsalı nümunələri ilə anlamağa çalışaq. Əvvəlcə qeyd edim ki, məhsulun qiyməti ilə təchiz miqdarı arasında birbaşa əlaqə var. Yəni, südün qiyməti artdıqca, onun istehsal miqdarı da artır.
Misal ədədlər ilə göstərsək, Azərbaycanda hər ay 1000 litr süd istehsal olunur və litri 2 manatdır. Əgər litrin qiyməti 3 manata qalxarsa (niyə qalxdığını keçmiş bloqdan oxuya bilərsiniz), o zaman təchiz miqdarı 1200 litrə qalxar. Bunun səbəbi isə odur ki, istehsalçılar (fermerlər) qiymətin artdığını gördükdə daha çox istehsal etmək istəyirlər.
Amma mühim məsələ, təchizat ilə təchizat miqdarı arasındakı fərqi anlamaqdır. Təchizat miqdarı südün neçə litr istehsal olduğudur. Təchizat isə fermada qiymətdən başqa şeylər dəyişəndə baş verir, həmin dəyişikliklər 5 cürdür:
- Resursların qiyməti – təsəvvür edin inəklər üçün olan yemlərin qiyməti artır. Bu, südün təchizatını azaldacaq, amma qiymət eyni qalacaq. Yəni, 2 manatlıq süd üçün 1000 yox, 800 litr istehsal olunacaq. Soruşa bilərsiz ki, bəs yenidən 1000 litr süd lazım olsa? O zaman, təchizat miqdarı 1000 litrə, qiymətlər də 30-40 qəpik qalxacaq. Çünki resursların qiyməti bahalaşdığından südün istehsalı da bahalaşır.
- İstehsalçıların sayı – əgər fermerlərin sayı artarsa, südün qiyməti yenə də 2 manat qalacaq, amma təchizat artacaq. Yəni, 2 manatdan 1200 litr. Amma 1200 litr artıqlıq etsə, miqdar 1000ə, qiymət də 1.7-1.8ə düşəcək.
- Texnologiya – yeni, əlverişli texnologiyalar südün istehsalını asanlaşdıracağı üçün, təchizat artacaq. Yəni, 2 manata 1000 yox, 1200 litr.
- Hökumət iştirakı – dövlət tərəfindən alınan vergilər və ya subsidiyalar artsa/azalsa, bu da həmçinin böyük təsir göstərəcək. Dövlət vergini çox alsa, süd istehsalı çətinləşəcək, miqdar azalacaq. Yenidən ehtiyac olan məhsulu vermək üçün də, qiymət artacaq.
- Təxminlər – fermerlərin öncədən etdikləri təxminlər də təchizatda dəyişiklik edir. Yəni, fermer düşünsə ki, gələn həftə daha çox südə ehtiyac olacaq, o zaman təchizat artacaq.
Yaxşı bəs, təchizat miqdarı artarsa qiymət necə dəyişər? Dediyimiz kimi, qiymət də artar.
Belə, bu qədər!